Xəbər lenti


“Hakimiyyət Serj Sərkisyan və Robert Köçəryan arasındakı əməkdaşlığı pozmaq istəyir. Bəzən o, buna nail olur”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikirlər Ermənistanın Serj Sərkisyan liderliyində müxalifətdə olan Respublika partiyasının (ERP) sədr müavini Armen Aşotyan tərəfindən səslənib.

“Şəxsən mənim üçün seçkilər yalançı bir gündəm kəsb edir. Çünki seçki hazırkı böhranı həll etməyəcək. Nikol Paşinyan yenə də oyunu dəyişdirməyə müvəffəq olub. Hazırda oyunun qaydalarını diktə edən də odur və təəssüf ki, müxalifət buna qarşı heç bir şey edə bilmir”, - deyə Aşotyan söyləyib.

Keçmiş təhsil naziri partiyasının seçkilərdə iştirak məsələsinin də hələ qeyri-müəyyən olduğunu bildirib. “ERP səmərə görmədiyi bir işdə iştrak etmir. Bu bizim seçkilərdə iştirak edib-etməyəcəyimizi də müəyyənlədirəcək. İstənilən halda, biz axıra qədər mübarizə aparacağıq. ERP-siz Ermənistanın siyasi gələcəyi iə bağlı heç bir qərar qəbul oluna bilməz”, - deyə o, bildirib.
Armen Aşotyan müxalifət partiyalarının vahid şəkildə seçkiyə getməsinin mümkünsüz olduğunu etiraf edib.

“Əgər onlar bir-birlərinə qarşı siyasi intriqa içində olmasalar, Nikolla gizlicə anlaşmasalar, iqtidar qalib gələ bilməz”, - deyə o vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 025          Tarix: 12-04-2021, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma