Xəbər lenti
Bu gün, 23:16
Bu gün, 21:43
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sahil mühafizə kateri "Hamilton" dünən Qara dəniz akvatoriyasına daxil olub.
Ovqat.com xəbər verir ki, məlumat ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının Twitter səhifəsində yayımlanıb.
Məlumata görə, kater “NATO qüvvələri və regional müttəfiqləri ilə birgə çalışmaq məqsədi” ilə Qara dənizə göndərilib.
?️ WOW - check out this video of #triservice interoperabilty in action! @USNavy #USSRoosevelt (DDG80) and @USCG Cutter Hamilton (WMSL 753) conducted a series of passing and communication exercises, along with helicopter operations in the Mediterranean Sea. #AdvantageAtSea pic.twitter.com/skNOPcM94g
— U.S. Naval Forces Europe-Africa/U.S. Sixth Fleet (@USNavyEurope) April 27, 2021
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzi də faktı təsdiqləyib və Amerika katerinin fəaliyyətini ciddi nəzarət altına aldığını bildirib. Rusiya hərbi dairələri onu da qeyd ediblər ki, Qara dəniz hövzəsində xarici hərbi gəmilərin hərəkəti su hövzəsinin sabitliyinə və onsuz da mürəkkəb vəziyyətin aradan qaldırılmasına xidmət etmir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Montre Konvensiyasının tələblərinə uyğun şəkildə Qara dənizə iki hərbi gəmisini göndərmək üçün Türkiyəyə müraciət etmiş, lakin Rusiyanın sərt reaksiyası səbəbindən Türk boğazlarından keçişi təxirə salmışdı. Hazırda həmin gəmilər Egedə - Qara dənizdən Aralığa çıxış nöqtəsində lövbər salıb nəyisə gözləyirlər. 6-cı donanmanın Twitter açıqlamasında “Hamilton” katerinin həmin gəmilərlə - xüsusilə də “Ruzvelt” esmini ilə birgə fəaliyyət göstərdiyi qeyd olunur: "ABŞ sahil mühafizəsi kateri Hamilton “Roosevelt” gəmisi ilə çalışdıqdan sonra Qara dənizin tranzit boğazlarından şimala doğru üzməyə başlayıb. O, Qara dənizdə NATO müttəfiqləri və regional müttəfiqləri ilə bərabər çalışacaq”.
Rusiyanın ABŞ-a məxsus iritonnajlı hərbi gəmilərin Qara dənizə keçişinə etirazı Montre Konvensiyasına əsaslanırdı. Konvensiyaya görə, bir gün ərzində Qara dənizə daxil olan hərbi gəmilərin ağırlığı 8 min tonu keçə bilməz və 15 gün əvvəldən bu barədə Türkiyəyə xəbər verilməlidir. Üstəlik, sahildaş olmayan ölkələrin eyni anda Qara dənizdə hərəkət edən gəmilərinin ümumi çəkisi 30 min tonu aşmamalıdır. Sahil dövlətləri üçün bu məhdudiyyət 45 min ton nəzərdə tutulur.
Rusiya da ABŞ-ın iki ağır tonnajlı hərbi gəmisinin Qara dənizə göndərilməsinin qarşısını almaq üçün öz akvatoriyasına aid bölgələri hərəkətə bağlamışdı.
Görünür, ABŞ da Rusiyanın bu tövrü qarşısında hərəkətsizliyi özünün hərbi qüruruna yaraşdırmadığından gözdən pərdə asmaq üçün Qara dənizə gəmi yox, kater göndərdi. Necə deyərlər, “dağ ağrı çəkdi, nə doğdu? – Siçan”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar