Xəbər lenti
 
 
"Televiziyada, mənim iştirakımla canlı verlişə çıxıb namizədliyimi niyə ləğv etdiklərinə aydınlıq gətirməlidirlər. Mən də onlara cavab verərəm".
 
Ovqat.com xəbər verir ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad qarşıdakı seçkidə namizədliyinin qeydə alınmamasını şərh edərkən belə deyib.
 
Məlumata görə, Konstitusiyaya Nəzarət (Negəhban) Şurası tərəfindən namizədliyi ləğv edilən Mahmud Əhmədinejad çərşənbə günü prezident seçkilərində iştirak etməyəcəyini və heç bir namizədi dəstəkləməyəcəyini açıqlayıb.
 
Əhmədinejad bununla bağlı video yayaraq deyib: “Namizədliyimi irəli sürməklə bağlı xalqın tələbi və israrı o qədər genişmiqyaslı idi ki, buna mənfi cavab verə bilmədim və nəhayət, insanların kütləvi iradəsinə təslim oldum və ölkədəki vəziyyətdən xəbərdar olmağıma rəğmən, qeydiyyatdan keçdim".
 
O, daha əvvəl "heç bir səbəb göstərilmədən" iki dəfə namizədliyinin ləğv edildiyini qeyd edərək bildirib: “Ölkədəki vəziyyətdən və xalqa hörmətimdən dolayı susdum, ancaq bu dəfə insanların istəyi ilə qeydiyyatdan keçməyə qərar verdim. Bilirdim ki, namizədliyimi ləğv etsəniz, şübhəsiz ki seçkilərə qatılmayacağım, nəticələrini tanımayacağam və heç kimi də dəstəkləməyəcəm”.
 
Mahmud Əhmədinejadın dolayısıyla seçkiləri boykot anlamına gələn bu mövqeyi yalnız ona aid deyil. Ölkənin digər bəzi nüfuzlu siyasiləri də boykot tərəfdarı kimi çıxış edirlər. İran İslam Respublikasının qurucusu Ayətullah Xomneyinin nəvəsi Həsən də bu görüşdədir.
 
 


Nəvə Xomeyni İranda prezident seçkilərinə namizədlərin təsdiqlənməsi prosesini kəskin tənqid edərək deyib ki, seçkidə iştirak hüququ qazanan iddialıların yerində olsa, bu imkandan imtina edərdi.
 
“Jamaran” xəbər saytının verdiyi məlumata görə, Xomeyni bununla bağlı deyib: “Həqiqətən kifayətdir ki, hakimiyyət rəsmiləri bir anlıq öz vəzifələrindən çıxaraq görsünlər ki, öz əməllərini qəbul edirlərmi? Gözəl ifadələrinin və müqəddəs davranışlarının arxasına gizlənərək və cavabdehlik daşımamağı, eyni zamanda İnqilabın əsl kökünə balta vurmağı necə adlandıracağımı bilmirəm?!”.
 
O, İrandakı seçki prosesinin ölkəni böhrana apara biləcəyinə eyham vuraraq deyib: “Əlbətdə ki, bu arada proseslərdən sağlam şəkildə keçən seçki rəqiblərinə də zərər dəyib və mən onların yerində olsaydım, seçkidə iştirakdan imtina edərdim. Çünki bu seçkidən çıxan bir hökumət heç bir problemi həll edə bilməyəcək və həm xalq, həm də Allah qarşısında məsuliyyət daşıyacaq və problemləri həll edə bilməyərək səhnəni tərk edəcəklər”.

İran ali dini lideri Ayətullah Xamenei də isə xalqı prezident seçkilərində aktiv iştiraka çağırıb.
 
O, bu gün ölkə parlamentinin üzvləri qarşısında videokonfrans formatında çıxışı zamanı ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı İran xalqına müraciət edib:
 
"Əziz İran xalqı bilməlidir ki, seçkilər bir gün olsa da, təsiri illərlə qalır. Seçkiləri özünüzə aid bilin. Allahdan diləyin ki, sizi ən layiqlisini seçməyə istiqamətləndirsin".
 
Həmçinin son günlərdə Nəzarət Şurası tərəfindən namizədlərin seçkilərə qatılmaq səlahiyyətlərinin araşdırılması və bu istiqamətdə görünən tədbirlərə toxunan ali lider vətəndaşlara seçkiləri gözdən salanlara fikir verməməyi məsləhət görüb.
 
Bundan əlavə, Ayətullah Xamenei namizədliyi qəbul edilməyənlərə şuranın qərarlarına hörmət göstərdikləri üçün təşəkkür edib.






Ana səhifəyə qayıt        Baxış: 5 230          Tarix: 27-05-2021, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma