Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləridir - bölgəmizin gələcəyi, Azərbaycan-Ermənistan münasibətləri üçün vacib siyasi hadisədir.
Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Rusiya və Ermənistan informasiya məkanlarından əldə etdiyi xəbərləri analiz etdikdə 3 mümkün ssenari görünür:
1) Seçkilərədə heç bir siyasi partiya və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığa bilmir. Ermənistan prezidenti səsvermə nəticələrinə görə növbə ilə hökumət formalaşdırmağı ilk 3 yeri tutan siyasi quruma həvalə edir, onlar da koalisiya qura bilmirlər və seçkilər ləğv edilir, payıza yeni seçkilər təyin edilir;
2) Seçkilərdə Paşinyan komandası səs çoxluğu qazanır, təkbaşına iqtidar olmaq üçün kiçik partiyalara ehtiyac duyulur, danışıqlarla bir neçə mandat qazanmış siyasi təşkilatları koalisiyaya qoşub yenidən hökumət formalaşdırılır;
3) Seçkidən dərhal sonra Köçəryan və dəstəsi küçələrə çıxır, seçkilərdə total saxtalaşdırmanın olduğunu bəhanə edərək küçədən hakimiyyətə gəlməyə çalışır, Rusiyadan da açıq-gizli dəstək alaraq çevriliş edir və hakimiyyətə gəlir:
daxili hesablaşmalar başlayır, həbslər olur, qarışıqlıq artır.
Natiq Cəfərqli bildirib ki, 3-cü ssenarini daha real sayır:
“Biz də bu ssenariyə hazır olmalıyıq. Paşinyan anlayır ki, Kreml onu çıxdaş etməyi qərarlaşdırıb, istənilən halda bunu etmək istəyəcək, məhz ona görə də seçkidən öncə Fransa və ABŞ-dan dəstək alaraq seçkinin legitimlik “möhürünü” Moskvaya deyil, Qərbə vermək istəyir.
Hər bir halda 20 iyun seçkilərindən sonra Ermənistan çalxalanacaq, qeyri-sabitlik bir müddət davam edəcək, həmin dövrdə sərhəddə və Qarabağın hələ də rus-erməni işğalı altında qalan kiçik hissəsində ciddi təxribatlar olacaq. Ciddi hazırlaşmalıyıq, ola bilər ki, seçkilər payıza ertələnsə, sərhəddə və Xankəndi ətrafında təxribatlara güc strukturlarımızın ciddi cavab vermək məcburiyyəti yaransın...”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar