Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan ən böyük rəqibi Paşinyana qarşı çoxdan vəd etdiyi “kompromat”ını dünən açıqladı.
Ovqat.com-un məlumatına görə, Sarkisyan Paşinyanın bir neçə il əvvəl Rusiya, Belarus və Qazaxıstan prezidentləri ilə apardığı danışıqlarından bəhs olunan səs yazısını yayıb.
“Kompromat”dan aydın olur ki, Rusiya, Belarus və Qazaxıstan liderləri Paşinyana Dağlıq Qarabağla bağlı həll variantı təklif ediblər. bildiriblər ki, “sən indi çox populyarsan, Qarabağ məsələsini həll etmək üçün tarixi şansın var". Paşinyan isə onlardan soruşub: - Yaxşı, tarixi bir şansim varsa, Sizin dediyiniz həll yolu nədən ibarətdir? Cavab, “Lavrov planı və bu plana uyğun olaraq qoşunların Qarabağdan geri çəkilməsi və s. kimi təkliflər” olub. Paşinyan isə Qarabağın statusu müəyyənləşdirilmədən bu məsələnin müzakirə oluna bilməyəcəyini deyib. Rusiya, Qazaxıstan və Belarus liderləri guya ona bildiriblər ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq və bunu hər kəs, hətta İlham Əliyevin özü də bilir. Paşinyan isə bu təminatın yazılı şəkildə ona verilməsini istəyir: "Mən onlara dedım ki, təklifiniz maraqlıdır. Amma mən bütün bunların kağız üzərində yazılmasını təklif edirəm. Bu, müzakirə etmək üçün maraqlı mövzu olacaq. Mən bu kağızı İrəvana aparacağam və xalqa belə bir təklifin olduğunu söyləyəcəyəm", - deyə Paşinyan bildirir.
Guya, həmkarları ona etiraz ediblər ki, Əliyev bu barədə açıq danışa bilməz. Paşinyan isə bildirir ki,"sizi başa düşdüm, siz köhnə dostunuzun xəyanət etməsini istəmirsiniz, məndən isə öz xalqıma xəyanət gözləyirsiniz". Baş nazirin sözlərinə görə, bu söhbətdən sonra o, bir şeyi başa düşür: nəyin bahasına olursa-olsun "konveyer"dən kənarlaşmaq, danışıqlar dalanından çıxmaq lazımdır.
Maraqlıdır ki, Sarkisyanın yaydığı bu “kompromat” liderlərin söhbətinin birbaşa səsyazısı da deyil. Hadisəni Paşinyan kiməsə nəql edir. Amma nəql olunan şəxsin kimliyi bəlli olmur. Paşinyanın iddiasına görə, 3 post-sovet ölkəsinin liderləri ilə apardığı bu söhbət 2018-ci ilin mayında – Baş nazir seçiləndən sonra Soçidə iştirak etdiyi ilk görüşün ardınca təşkil olunan qeyri-rəsmi masada baş verib. Odur ki, həmin söhbətin həqiqətən və o şəkildə olduğu da müəmmalıdır.
Erməni politoloqları Sarkisyanın yaydığı bu səsyazısının Paşinyanı nüfuzdan salmaq üçün heç bir əsas ehtiva etmədiyini hətta onun təbliğatına yaradığını düşünürlər. Politoloq Suren Surenyansın fikrincə, Serj Sarkisyan siyasət oyununun təcrübəli “qumarbazı”dır. Onun əlində yəqin ki, Paşinyanın əleyhinə daha ciddi kompromatlar olub. Son anda isə həqiqi kompromatın yerinə, Paşinyanın təbliğatına yarayan başqa səs yazısını ictimailəşdirib.
"Əlbəttə, mən bu səs yazısını kompromat hesab etməzdim, çünki o, Paşinyanın xarici münasibətlər haqqında yalnız primitiv təsəvvürlərini açıqlayır, amma onu heç cür nüfuzdan salmır, onun cinayətkar əməllərini üzə çıxarmır. Hakimiyyətin qeyri - adekvatlığı barədə bundan daha aydın dəlillər var", - Surenyans media açıqlamasında bildirib.
Ermənilərin müxalifyönlü “Togarma” Telegram kanalı da Sarkisyanın “kompromat”ının şokunu yaşayıb. Kanal qeyd edib ki, yarandığı ilk gündən etibarən Serj və kürəkəninin Nikolanın arxasında dayanmasına inanıb və bu barədə fikirlərini açıq şəkildə paylaşıb. Sarkisyanın dünənki “ifşası” da bunu rəsmən təsdiqləyib.
“Serj Sarkisyan səsyazmanı ifşa etməzdən əvvəl elə bir təqdimat yazmışdı ki, hər kəs Nikolun Əliyevlərə sədaqət andı içəcəyini düşünə bilərdi. Səsyazısında isə nə eşidirik?
1. Nikol Qarabağın statusunun olmaması ilə heç vaxt razılaşmayacağını söyləyir;
2. Statusun müqavilənin mətninə daxil edilməsində israr edir;
3. Milli xain olmaq istəmir;
4. Yalnız bu planın həyata keçirilməsinin qarşısını almaq üçün əlindən gələni etməyə qərar verir;
5. Plan onun sələfləri tərəfindən hazırlanıb;
6. Plan Rusiya, Belarusiya, Qazaxıstan - KTMT-dəki müttəfiqlər tərəfindən irəli sürülüb.
Serj o zaman Paşinyanı nədə ittiham edir? Bununlamı “xain müqavilə”ni pozmağa qərar verib?”, “Tograma” Telegram kanalı bildirir.
Kanal daha sonra Paşinyanın seçki kampaniyası boyunca dilə gətirdiyi tezizləri təsnifatlandıraraq yazır:
Nikol kampaniya boyunca nə deyir?
1. (Məğlubiyyət aktının) Bütün bu şərtlər ondan əvvəl razılaşdırılmışdı;
2. (O isə) Vəziyyətdən çıxmağa çalışdı, Artsax statusu üçün mübarizə etdi;
3. KTMT-yə ümid etməyin mənası yoxdur;
4. Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmir”.
“Togarma”nın fikrincə, Sarkisyanın yaydığı səs yazısı ilə Nikol Paşinyanın indiyədək dedikləri arasında zərrə qədər fərq yoxdur və bütün bunlar onun yenidən hakimiyyətdə qalmasını təmin etmək üçün düşünülmüş ssenaridir. Başqa sözlə desək, Serj Sarkisyan Paşinyanın müxalif düşərgədəki “Truva atı"dır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar