Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
“Əgər biz Ermənistan və Azərbaycan münaqişəsinin ədalətli yola həll olunmasından danışırıqsa təbii ki, azərbaycanlılar ora qayıtmalıdır. Hazırki Erməsintanda olan mədəni irsdən danışarkən Ermənistanda bu isteriyaya səbəb olub”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun təşkilatçılığı ilə Nazim Mustafanın müəllifi olduğu “İrəvan şəhəri” adlı kitabın təqdimatına həsr olunan "Azərbaycanın Ermənistandakı tarixi varlığı" adlı vebinarda çıxışı zamanı deyib.
“Bizi ittiham edirlər ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Bizim ərazi iddiamız yoxdur”- deyən F.Şəfiyev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışında bunu vurğulayıb: “Lakin bizim orada olan irsimizə, tariximizə, maddi sərvətlərimizə iddiamız var və bu, tarixi və hüquqi baxımından tam əsaslıdır. Vaxtilə Azərbaycan ərazisində ermənilər məskunlaşıb. Ona görə də ermənilər Azərbaycan ərazisinə qayıda bilərlər. Bu təbii ki, qarşılıqlı şəkildə olacaq. Biz də Ermənistana qayıtmalıyıq. Bu ədalətin tam şəkildə bərpası deməkdir”.
F.Şəfiyev vurğulayıb ki, postmünaqişə dövründə fokusda həmişə Azərbaycan olurdu: “Hazırki Ermənistanda yüz illərlə yaşamış azərbaycanlılar haqqında kimsə bir kəlmə söz danışmır. Orada olan məscidlər və mədəni irsimiz barədə danışan yoxdur. Bu paradikmanı dəyişmək lazımdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar