Xəbər lenti

 
ABŞ minalanmış ərazilərin xəritələri müqabilində Azərbaycan tərəfinin Ermənistan hərbçilərini İrəvana təhvil verməsini alqışlayıb.
 
Ovqat.com
xəbər verir ki, təşəkkür mesajını tərəflərə ABŞ dövlət katibi Antoni Blinken çatdırıb.
 
Blinken Gürcüstan hökumətinə də tərəflər arasında uğurlu vasitəçi olduğu üçün təşəkkür edib: "İki tərəf arasında müzakirələrin asanlaşdırılmasında əsas rolu oynayan Gürcüstan hökumətinə təşəkkür edirik. Bu cür addımlar bölgədəki insanları layiq olduqları dinc gələcəyə yaxınlaşdıracaq".
 
Qeyd edək ki, mübadilənin baş tutmasında Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin mühüm rolu olub. O, hələ arpelin 27-də Azərbaycan DTX-nın sədri Əli Nağıyevlə görüşmüş və bu görüşdə mühüm məsələlər müzakirə olunmuşdu. Məlumata görə, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq İdarəsinin rəisi Tağı Eynulayev və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili də iştirak etmişdilər.


 
Daha sonra mayın 5-də Gürcüstanın Baş naziri Azərbaycana səfər etmişdi. Bu səfər çərçivəsində Prezident İlham Əliyevlə və digər dövlət adamları ilə görüşən İrakli Qaribaşvilinin birgünlük səfəri barədə geniş məlumat verilməmişdi. İndisə məlum olur ki, mina xəritəsi qarşılığında 15 erməni diversantının təhvil verilməsində ən mühüm işi Qaribaşvili görüb. Belə çıxır ki, onun Bakıya səfəri, bundan əvvəl isə Azərbaycan DTX rəisinin Gürcüstana gedişi təsadüfi deyilmiş.


Ana səhifəyə qayıt        Baxış: 7 120          Tarix: 12-06-2021, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma