Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
“Biz bir xalq, amma iki fərqli dövlətik”...
Yəqin ki, bu sözləri xatırlayırsınız. Bəli, bir zamanlar mərhum Heydər Əliyevin Türkiyə və Azərbaycan arasındakı münasibətləri əks etdirən məşhur fikirləri ilə birə-bir eynidir. Amma bu dəfə onu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. Sözsüz ki, bizi yox, Ukrayna ilə Rusiyanı nəzərdə tutub.
Ovqat.com-un məlumatına görə, Peskovu “piratlığa” məcbur edən Ukrayna prezidenti Vladimir Zelenski olub.
Rusiyalı həmkarı Putinin “Ukrayna ilə Rusiya eyni xalqdır” ifadəsini şərh edən Zelenski bildirmişdi ki, bu qətiyyən belə deyil: “Ukraynalılarla ruslar eyni xalq olsaydı, onda Moskva da böyük ehtimalla qrivna ilə alış-verişə keçər və Dövlət Dumasının üzərində sarı-göy bayraq (Ukraynanın bayrağı sari və göy rəngdədir – Ovqat.com) dalğalanardı”.
Peskov da ona cavab verərək deyib: “Burada tarixi istənilən qədər yenidən yazmağa cəhd etmək olar. Necə ki, bunu Ukraynada etmək istəyirlər, amma xalqlar yenə də eynidir. Biz bir xalq, amma iki fərqli dövlətik”.
Peskov onu da əlavə edib ki, Rusiyanın Ukraynaya bayraq taxmaq arzusu yoxdur: “Biz Ukraynanın suverenliyinə hörmətlə yanaşırıq. Amma əlbəttə ki, biz Prezidentin Zelenskinin bu cür sözlərinə müsbət reaksiya da verə bilmərik. Burada mən bu sözlərin nəyə görə deyildiyini bilmirəm və təhlil etməkdə çətinlik çəkirəm. Digər tərəfdən, bəlkə onlar bir şəkildə kontekstdən uzaqlaşırlar. Bunu mən də istisna edə bilmərəm”.
Mərhum Heydər Əliyevdən söz çırpışdıran Rusiya liderləri həmin fikirlərin vəziyyətə uyğunluğunu da nəzərə alsalar, daha faydalı iş görmüş olardılar. Türkiyə-Azərbaycan əlaqələri həqiqətən “bir millət, iki dövlət” anlayışını tam mənası ilə ifadə etsə də, eyni sözlər Rusiya-Ukrayna münasibətlərinə şamil oluna bilməz. Üstəlik, bütün bu xoşagəlməz hadisələrin günahı da başqasından söz oğurlayanların üzərindədir. Hər halda “bir millət, iki dövlət” olmağa iddia edənlər qardaş ölkədən Krım kimi önəmli strateji əhəmiyyətə malik yarımadanı oğurlamaz. Başqa sözlə, əməldəki oğurluqla, dildəki oğurluq bir-birinə ziddiyyət təşkil edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar