Xəbər lenti
 

NATO qüvvəalərinin Qara dənizdə keçirdiyi “Sea Breeze-2021” hərbi təlimləri 5-cı gününü geridə qoyarkən, Rusiya da buna cavabsız qalmamağa çalışır. 
 
Ovqat.com-un məlumatına görə, dünən Rusiya Silahlı Hava Qüvvələrinə aid təyyarələr Qara dənizdə hərbi təlimlərə başlayıb.
 
Təlimlərin hədəfi Qara dənizdəki xəyali düşmənin gəmilərinə raket və bomba zərbələri endirməkdir.
 
 
Məlumata görə, təlimlərə çoxməqsədli Su-30SM qırıcıları, Su-24M bombardmançıları, Su-34 qırıcı-bombardmançıları və Su-27 qırıcıları qatılıb.
 
Qeyd edək ki, Ukraynanın Xarici İşlər naziri Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba dünən “Newsweek” dərgisinə verdiyi müsahibəsində Rusiyanın bu kimi “xəyali” cavablarına çox da ciddi baxmadığını vurğulamış və çarəsiz bir adamın arada çimdik atmasına bənzətmişdi:
 
Kulebaya görə, Rusiya Qara dəniz bölgəsində yalnız bəzi lokal gərginliyi artıra bilər: “Ancaq mən onların intihar edəcəklərini düşünmürəm etmirəm. Uzaq başı NATO-nun ora-burasını çimdikləyib onu təhrik edə bilərlər. Ancaq Rusiya NATO ilə geniş miqyaslı qarşıdurma riski altına girməz və bununla bağlı heç bir şanslarının olmadığını açıq şəkildə anladılar”.
 


Ana səhifəyə qayıt        Baxış: 4 769          Tarix: 3-07-2021, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma