Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
“Ermənistan de-fakto kapitulyasiyadan - de-yure kapitulyasiyaya sürüklənir”
“Əvvəllər kimsə Azərbaycan tərəfdarı açıqlama versəydi, ertəsi gün problemlə qarşılaşardı, çünki ictimai qınağa məruz qalardı. İndi isə qəhrəmana çevrilir, qürurla küçələrdə gəzir”.
Ovqat.com xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq-professor Ruben Melkonyan dünən ölkə paytaxtında keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, ardı-arası kəsilməyən erməni “müsibətləri”, “Qarabağ yarası” unudulur, ideoloji azlıq xaricində buna qarşı müqavimət göstərən yoxdur və bu, artıq milli faciədir: “Bir neçə gün əvvəl məhkumlarımızın sərbəst buraxılması müqabilində minalanmış ərazilərin iki xəritəsini düşmən tərəfə verdik. Vətəndaşlarınızı öldürən, Şuşadakı Kazançetsots (Qazançı) kilsəsini dağıdan düşmən bir ölkəyə qarşı xoş niyyət göstərilə bilməz ”.
Ruben Melkonyan Türkiyənin Cənubi Qafqazdakı rolu ilə əlaqədar da öz mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Türkiyə artıq bölgədədir və bu, Ermənistan üçün “olmaq və ya olmamaq” bir sualı ilə qarşı-qarşıya qalmaq deməkdir. “Türkiyənin Cənubi Qafqazda oturması Rusiya üçün bu ciddi bir problemdir, çünki bu, Rusiya Federasiyasının zəifliyi deməkdir”, - erməni türkoloq bildirib.
“İndi görürük ki, Türkiyənin Şuşada hərbi varlığı var, sabah konsulluq da açacaq və s. Nəticə etibarilə Rusiyanın mövqelərindən geri çəkilmə ehtimalı daha yüksəkdir”, - deyən Melkonyana görə, Türkiyənin bu bölgədəki hiperaktivliyinə müqavimət göstərmək çox çətindir, vəziyyəti normallaşdırmaq üçün isə güzəştlərə getmək lazımdır və bunlar, çox güman ki, Ermənistan əraziləri və onun maraqları olacaq.
"Birmənalı şəkildə, bacarıqlı qüvvələr hakimiyyətə gələ bilsəydi, əhəmiyyətli dəyişikliklər olacağını demirəm, amma ən azından kiçik bir dəyişiklik baş verəcəkdi, çünki yeni hakimiyyətin vəzifəsi mövcud mənbələri dəyişdirmək və ya tranformasiya etmək olacaqdı", - deyən erməni türkoloqun fikirlərindən belə anlaşılır ki, o, indiki vəziyyətdən çıxış yolunu Paşinyan hakimiyyətinin getməsində görürmüş. Di gəl ki, erməni xalqı məğlub Baş naziri korrupsioner rus yanlılarından üstün tutdu.
Erməni türkoloq maraqlı bir fakt da açıqlayıb. Onun sözlərinə görə, bu gün Ermənistanda heç kim Xarici İşlər naziri olmaq istəyən kadr tapmaq müşkülə çevrilib. Çünki:
“Bizim ən vacib quruluşumuz Xarici İşlər Nazirliyidir. Bu nazirliyin isə başı kəsilib. Nə nazirimiz, nə nazir müavinlərimiz var. Ən pisi isə odur ki, heç kim nazir olmaq, qarşısına qoyulacaq müqavilələrin imzalanmasında iştirak etmək istəmir. Hansı ki, Azərbaycan və Türkiyə tərəfindən bizə təqdim ediləcək. Bu, Ermənistanın de-fakto kapitulyasiyadan - de-yure kapitulyasiyaya doğru getdiyini və sözün əsl mənasında dövlətçiliyini itirmək üzrə olduğunu bir daha sübut edir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar