Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Zaman-zaman sosial şəbəkələrdə Elçibəy hakimiyyətinin “yarıtmaz siyasət”i eninə-uzununa müzakirə edilir. Cəmi-cümlətanı 1 il hökm sürmüş bu hakimiyyəti bəzən elə məsələlərdə tənqid atəşinə tuturlar ki, cəmiyyətimizin ondan misilsiz qəhrəmanlıqlar gözlədiyi aydın olur. Əslində bu, başa düşüləndir və Böyük Bəyə duyulan böyük etimaddan xəbər verir.
Bununla belə, 1 illik Elçibəy hakimiyyəti dövründə elə mühüm addımlar atılıb ki, Azərbaycan insanı hələ də onun bəhrəsini dərir. Bunlardan biri də təhsil sistemində aparılan islahatdır. Məlum olduğu kimi, mərhum Elçibəy dönəmində ali məktəblərə qəbul imtahanlarında ilk dəfə test üsulu həyata keçirildi və bu da universitetlərə rüşvətsiz qəbulun əsasını qoydu. Elçibəy hakimiyyətindən sonra ali təhsil müəllimləri dəfələrlə test imtahanlarının ləğvinə çalışsalar da, buna nail ola bilmədilər. Hazırda belə, bir çox təhsil “ekspertləri” test imtahanlarının yararsızlığını dilə gətirir, “köhnə hamam, köhnə tas” ənənəsinə qayıtmağa çalışırlar.
Bəs, Azərbaycanda bu təhsil islahatı aparılmasaydı, ali məktəblərimizin halı necə olardı?
Zənnimizcə, bu sualın ən gözəl cavabı Türkmənistandakı ali təhsil müəssisələrinin hazırkı vəziyyətində gizlidir.
“Ötən il Türkmənistanın ali təhsil müəssisələrinə 14.377, orta ixtisas təhsili müəssisələrinə isə 9.490 tələbə qəbul olunub”.
Ovqat.com xəbər verir ki, bu məlumatı türkməncə yayımlanan “Azatlyk Radiosy” yayıb.
Türkmənistan tələbələrinin Naxçıvansayağı məcburi iməcliyi
Türkmənistanın orta məktəblərini hər il bitirən gənclərin sayını nəzərə alan nəşr ali məktəbə qəbul olunanların sayının xeyli aşağı olduğunu bildirir və bunun səbəbini təhsil müəssisələrində baş alıb gedən rüşvətxorluqda və tələbələrin məcburi sosial tədbirlərə cəlb olunmasında görür.
“Müşahidəçilər abituriyentlərdən, ölkənin ali təhsil müəssisələrinə daxil olmaq istəyən vətəndaşlardan külli miqdarda rüşvət tələb olunduğuna diqqət çəkirlər.
Türkmənistanda təhsil sektorunu öyrənən yerli müşahidəçilər ölkədəki təhsilin keyfiyyətini şübhə altına alaraq tələbə və müəllim heyətinin müntəzəm olaraq mədəni və ictimai tədbirlərdə iştirak etmək məcburiyyətində qaldıqlarını söyləyirlər.
Türkmənistandakı ali təhsil müəssisələrinə girə bilməyən gənclər əsasən Türkiyə, Rusiya, Belarusiya və Ukrayna kimi ölkələrin universitetlərində təhsil almağa meyllidirlər”, - “Azatlyk Radiosy” iddia edir.
Nəşrin bildirdiyinə görə, sabah – iyul ayının 12-də Türkmənistanda yenidən ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İmtahana nə qədər abituryentin qatılacağı, onlardan neçəsinin tələbə adı qazanacağı isə bilinmir.
Qeyd edək ki, bizim ali məktəblər də keyfiyyətli təhsil vermə baxımından heç də qürur duyulası səviyyədə deyil. Bununla belə, təkcə Bakı Dövlət Universitetində oxuyan tələbələrimizin sayı hər il Türkmənistan ali məktəbə girənlərin ümumi sayından az qala 2 dəfə çoxdur. 23 mindən çox tələbəsi olan BDU-ya hər il 5 mindən çox tələbə qəbul olur. BDU-da təhsilin səviyyəsi Türkmənistandakı ali məktəblərdən çoxmu irəlidədir? Nə yazıq ki, bizim əlimizdə bu suala cavab vermək üçün yetərli məlumat yoxdur. Amma bildiyimiz odur ki, qəbul imtahanlarında abituriyentlərdən rüşvət ala bilməyən universitet müəllimləri bu itkilərini 4 illik təhsil prosesi zamanı “kompensasiya” etməyə macal tapırlar. Amma öz gücünə təhsil alıb məzun olanlarımızın da sayı az deyil.
"Burası" Aşqabad yox, Bakıdır
Tələbələrin məcburi mədəni və ictimai tədbirlərdə iştirak etmək məcburiyyətində qalmalarına gəlincə, Azərbaycan tələbələrinin də eyni dərdləri var. Onlardan əsasən beynəlxalq yarış və müsabiqələrdə stadionu və zalı dolduran müqəvva kimi istifadə olunur.
Azərbaycan ali məktəblərindəki bu vəziyyət bizim gənclərin də xaricdə təhsil almağa üstünlük verməsi ilə nəticələnir. Üstəlik, onlar ali məktəbləri bitirdikdən sonra iş tapmaq çətinlikləri ilə üz-üzə qalırlar. Yerli müəssisələrdə gənc kadrlardan öz ana dilində danışmaq qabiliyyəti yox, rusca və ingiliscə bilmələri tələb olunur. Bu da gənclərimizin xaricə axınını stimullaşdırır. Başqa sözlə, bizim ölkəmizdə də Türkmənistan qədər olmasa belə, hər halda “Türkmən” sindromu var.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar