Xəbər lenti

Şəkildə: Bu ilin fevral ayında Türkmənistana gələn "Taliban" nümayəndələri 

Taliban”ın nümayəndə heyəti Türkmənistana səfər edib.
 
Ovqat.com-un məlumatına görə, “Taliban” nümayəndələri ölkənin XİN-də danışıqlar aparıblar. 
 
Bildirilir ki, səfər rəsmi Aşqabadın dəvəti ilə baş tutub. Türkmənistan tərəfi bu məlumatı təkzib etsə də, “Taliban”ın Qətərdəki sözçüsü Məhəmməd Naim təsdiqləyib.
 
““Taliban” rəsmi nümayəndə heyətinin Aşqabadda apardığı danışıqlarda ölkələr arasındakı ikitərəfli iqtisadi və siyasi əlaqələrlə yanaşı təhlükəsizlik və sərhəd məsələləri müzakirə edilib. İslam Əmirliyi nümayəndələrini Türkmənistan Xarici İşlər nazirinin müavini qarşılayıb”, – “Taliban” sözçüsü mediaya açıqlamasında belə deyib.
 
Sözçü nümayəndə heyətinə kimin rəhbərlik etdiyini və Türkmənistanın Xarici İşlər nazirinin hansı müavini ilə danışıqlar apardığını gizli saxlayıb. 
 
Azadlıq” radiosunun Türkmən redaksiyası isə etibarlı mənbələrinə istinadən tərəflərin adını açıqlayıb:  “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbəri Mühəmməd Abbas Stanikzai və Türkmənistan Xarici İşlər nazirinin müavini Vepa Hacıyev. Tərəflər arasında görüş 10 iyunda baş tutub.
 
İddialara görə, Türkmənistan tərəfi “Taliban” nümayəndələrindən Aşqabad ziyarətlərini barədə heç nə açıqlamamalarını xahiş edib. Təşkilat sözçüləri də məhz bu səbəbdən Aşqabad səfərlərinin detallarına gizli tuturlar.
 
Maraqlıdır ki, bu, “Taliban” heyətinin ilk səfəri də deyilmiş. “Taliban”çıların bu il fevral ayında da Türkmənistan hökumətinin dəvəti ilə Aşqabada gəldiyi xəbər verilir.


Ana səhifəyə qayıt        Baxış: 6 097          Tarix: 12-07-2021, 02:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma