Xəbər lenti

 
 
Ukraynada növbəti hərbi təlim başlayıb.
 
Ovqat.com-un Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, “Kazak şeşpəri-2021” (Cossack Mace – 2021) adlanan təlimlər Ukrayna və Böyük Britaniyanın təşkilatçılığı ilə keçirilir.
 
5 ölkənin – Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada və İsveçin 2 min hərbçisinin, 300 hərbi texnikasının yer aldığı təlimlərinin 12 gün davam etməsi planlaşdırılıb. 3 NATO ölkəsinin xüsusi təyinatlılarının ukraynalı və isveç həmkarları ilə birgə keçirdikləri təlimin mövzusu “çoxmillətli ordu bölmələrinin təcavüzkar ölkənin silahlı qüvvələrinin genişmiqyaslı hücumunu dəf etmək vəzifəsini yerinə yetirməsidir”.
 
Qeyd edək ki, təlimlərin keçirilməsi qərarı bu ilin aprel ayının 4-də verilmişdi. Həmin vaxt Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının öz facebook səhifəsində paylaşdığı xəbərdə “Kazak Şeşpəri-2021” təlimlərinin ssenarisin belə olacağı açıqlanmışdı: “Təlimdə xüsusilə dövlət sərhədlərini və ərazi bütövlüyünü bərpa etmək üçün qonşu dövlətin hücumlarına əks-hücumla cavab tədbirlərinin həyata keçirmək planı üzərində işləniləcək. Digər  vacib vəzifə Ukrayna Silahlı Qüvvələri üçün təlim bazalarının imkanlarını daha da yaxşılaşdırmaq və onların NATO üzv dövlətlərinin qüvvələri və orduları ilə uyğunluğunu artırmaq üçün ən təsirli vasitə olan geniş miqyaslı beynəlxalq təlimlərin keçirilməsini təmin etməkdir”. 
 


Xatırladaq ki, Ukraynanın Qara dəniz sahillərində ötən ayın 28-də başlayan “Sea Breeze-2021” təlimləri iki gün əvvəl – iyulun 10-da bitmişdi. Tədbirdə 5 min hərbçi, 40 təyyarə və 32 ölkədən 32 gəmi iştirak edirdi. Hazırda bu təlim başqa adla Ruminiya sualarında davam etdirilir.
 
 Üzərindən 2 gün keçməmiş Ukraynanın quru ərazisində 2000 hərbçinin iştirakı ilə növbəti təlimin başlaması NATO qüvvələrinin ciddi döyüş hazırlığından xəbər verir.

Təlimlər Krımın qərbində yerləşən Nikolayevşina vilayətində keçirilir.

 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 948          Tarix: 12-07-2021, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma