Xəbər lenti
Bu gün, 20:21
Bu gün, 18:09
Bu gün, 17:21
Bu gün, 13:41
Bu gün, 12:35
Bu gün, 11:21
Dünən, 23:24
Dünən, 22:14
Dünən, 21:42
Dünən, 19:32
Dünən, 17:30
Dünən, 16:41
Paşinyanın Qazax rayonu ilə sərhəd bölgəsinə müəmmalı səfəri – 3-cü Qarabağ döyüşləri başlaya bilər?
Nikol Paşinyan Ermənistan polis rəisi Kazaryanın və onlarla polis əməkdaşının müşayiəti ilə Qazax rayonu ilə həmsərhəd Tavuş bölgəsinə gedib.
Ovqat.com-un erməni sosial mediasına istinadən verdiyi məlumata görə, Paşinyan səfər çərçivəsində yerli özünüidarəetmə orqanları ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyasi və demarkasiyası ilə bağlı məsələləri müzakirə edəcək.
Erməni sosial mediası narahatdır ki, Paşinyan artıq Qazax rayonunun işğal altında olan 7 kəndini qaytarmaq məcburiyyətindədir və bu məsələsini yerli hakimiyyətlə razılaşdırmaq, kəndlərdəki əhalini evukasiya etmək niyyətilə bölgəyə yollanıb.
“Əgər sərhədlərin delimitasiyası prosesində SSRİ dağılmamışdan əvvəlki sovet xəritələrinə istinad olunacaqsa, Ermənistan Tavuş rayonunda birtərəfli güzəştlərə gedəcək və strateji əhəmiyyət daşıyan bir sıra yaşayış məntəqələrini Azərbaycana təhvil verəcək”, - Telegram şəbəkəsinin erməni seqmentinə aid bəzi səhifələri bu təxminləri irəli sürürlər.
Maraqlıdır ki, Paşinyanın bu səfərindən sonra ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutublar. Görünür, erməni lideri komandasına Azərbaycana aid torpaqları niyə təhvil verməli olduqlarını başa sala bilməyib. Onun bu niyyətini boykot etmək üçün erməni hərbi qüvvələri təxribatlara başlayıblar.
Bu iddialar öz təsdiqini taparsa, sülh təşəbbüslərinin ermənilər tərəfindən pozulmasını əsas gətirən rəsmi Bakının ölkə ərazilərini işğaldan azadetmə əməliyyatına başlamaqdan başqa yolu qalmayacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar