Xəbər lenti
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
20-12-2024, 15:10
Ukrayna Baş Prokurorluğu Rusiya hərbçilərinə qarşı ittihamlarının əhatə dairəsini böyüdür.
Ovqat.com xəbər verir ki, Ukrayna Baş Prokurluğu daha 2 rus generalını ölkənin ərazi bütövlüyünə təcavüzdə ittiham edib.
İttihamlar Rusiyanın Donbass münaqişəsində iştirakı iddialarına əsaslanır. Rusiya Silahlı Qüvvələrinin general-polkovniklərinin "Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına təcavüz etməkdə, işğalçı müharibə aparmaqda, qəsdən adam öldürməklə yanaşı müharibə qanunlarını və qaydalarını pozmaqda" günahlandırıldığı ittiham aktında konkret ad çəkilmir. Bununla belə, Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Qərargah rəisindən və Silahlı Qüvvələrin Baş Qərargahının Mərkəzi Komandanlığının rəisindən bəhs olunur. Bildirilir ki, bu şübhəlilərin artıq axtarışa verilməsi məsələsi həll olunmaq mərhələsindədir.
Prokurorluq məlumatında o da bildirilir ki, cinayət işinin istintaqı Ukraynanın Dövlət Təhlükəzliyi Xidməti tərəfindən aparılır.
Xatırladaq ki, bundan bir müddət əvvəl Ukrayna DTX-sı Rusiya Müdafiə Naziri Sergey Şoyqu barədə də cinayət işinə başlamış və rusiyalı nazir istintaqa dəvət olunmuşdu. Şoyqu da eynilə son 2 general-polkovnik kimi "qanunla nəzərdə tutulmayan hərbiləşdirilmiş silahlı birləşmələr yaratmaqda" günahlandırılmışdı.
Mütəxəssislər Ukrayna DTX və Baş Prokurorluğunun qaldırdığı bu cinayət işinin müttəhimlərinin qoluna qandal vurulmayacağına əmin olsalar da beynəlxalq hərbi tribunalın həmin aktlara söykənərək Rusiyaya qarşı növbəti sanksiyalara qərar verəcəyini də istisna etmirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar