Xəbər lenti
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
20-12-2024, 15:10
“Dünən Rəcəb Tayib Ərdoğanın rəhbərliyi ilə keçirilən Türkiyənin ən möhtəbər hərbi toplantısı Yüksək Əsgəri Şuranın qərarnaməsini oxuyanda sözün həqiqi mənasında qürur hissi yaşadım. Ona görə ki, hazırda qardaş ölkə bəlkə də tarixinin ən ağır günlərini keçirir. Bəzi düşmən qüvvələrin təxribatı nəticəsində onlarla əyalətdə meşə yanğınları ilə mübarizə aparan Türkiyənin hərbi-siyasi yetkililəri bu anlarında belə, Azərbaycanı unutmur, ərazi bütövlüyü problemimizi günün mühüm məsələsi kimi masaya yatırır. Bu, iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunun bariz nümunəsidir”.
Ovqat.com-a açıqlama verən Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov belə deyib.
İlyas İsmayılovu ən çox sevindirən isə Azərbaycan vətəndaşlarının da Türkiyəyə eyni duyğularla yanaşmasıdır. Partiya sədrinin fikrincə, Azərbaycan yanğınsöndürənlərinin Türkiyədə ortaya qoyduqları şücaət və əzmkarlıq istənilən insanın yanlız öz dövlətinə duyduğu sayğı, fədakarlıqla müqayisə edilə bilər: “Məlumdur ki, hər bir yanğınsöndürən peşəkar olmaqla yanaşı həm də insandır. İnsani hisslər peşəkarlıqla birləşəndə isə ortaya ciddi nəticələr çıxır. Azərbaycan yanğınsöndürənlərinin qardaş ölkədəki fəaliyyəti Ankara tərəfindən də böyük təqdirlə qarşılanıb və bu etiraf demək olar ki, bütün rəsmilər tərəfindən dilə gətirilib. Bildiyimə görə, Türkiyədə yanğınsöndürənlərimizin təcrübəsindən yararlanmaq barədə də düşünürlər. 44 günlük müharibə dövründə bizə ən böyük dəstəyi verən bir ölkə kimi Türkiyə üçün ortaya qoyulan bu əzmli və nümunəvi davranış yalnız təqdir edilə bilər. Əzmkar yanğınsöndürənlərimizə bu qüdrəti verən isə təkcə peşəkarlıqları yox, həm də Türkiyəyə bəslədikləri münasibətdir. Onlar qardaş ölkəni öz vətənləri kimi sevməsəydilər, təbii ki, bu fədakarlığı da göstərə bilməzdilər”.
İlyas İsmayılov onu da vurğulayıb ki, böyük çətinliklə üz-üzə olan Türkiyəyə dünyanın bir çox ölkələri gözlənilən yardımları göstərmirlər: “Onların içərisində qardaş ölkə ilə sözdə müttəfiq olanlar da var. Təsəvvür edin ki, dünyanın ən qüdrətli ölkəsi sayılan ABŞ öz NATO müttəfiqinə cəmi 2 vertolyot göndərməyi düşünür. Onu da nə zaman göndərəcəyi bəlli deyil. Belə bir vəziyyətdə Azərbaycan öz qüvvələrini səfərbər edib Türkiyəyə daha çox texnika və ixtisaslı kadrlar göndərməlidir. Çünki Türkiyə bizim ağır və xoş gündə dərdlərimizi, sevinclərimizi bərabər bölüşdüyümüz qardaşımızdır. Onlara ən böyük dəstəyi də biz verməliyik. Necə ki, öz ağır günündə Türkiyə bizi yaddan çıxarmır. Bunun ən bariz nümunəsi də elə dünənki YAŞ toplantısında Qarabağ məsələsinin gündəliyə salınması və Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq bildirilməsidir”.
Qeyd edək ki, Türkiyənin dünənki YAŞ toplantısının qətnaməsində Ermənistan hökuməti “təcavüzkar ritorikasından və hərəkətlərindən əl çəkməyə və uzun müddətdən sonra Cənubi Qafqazda yaranmış sülh və sabitlik fürsətindən istifadə etməyə” çağırılmışdı. Qətnamədə həmçinin vurğulanmışdı ki, “rəsmi İrəvan öhdəliklərinə sadiq qalaraq bölgə ölkələri ilə əməkdaşlığı inkişaf etdirməlidir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar