Xəbər lenti

 
 
“Taliban” Əfqanıstanın şimalındakı Bədəxşan əyalətinin mərkəzi Feyzabad şəhərinə hücuma keçib.
 
Ovqat.com xəbər verir ki, şəhərin ilk müdafiə xəttinin keçildiyi və “Taliban” qoşunlarının şəhərə daxil olduğu bildirilir.
 
Tacikistan sərhədlərində yerləşən Bədəxşan vilayətinin ələ keçirilməsi Orta Asiyada bütün geosiyasi dəngələri poza bilər. Çünki Pamir dağlarının silsiləvi zirvələri ətrafında yerləşən Bədəxşan vilayəti Orta Asiyaya keçidin nəzarət altına alınması mümkün olmayan qapısı kimi tanınır. 
 
Üstəlik, Bədəxşanın digər yarısı Tacikistan ərazisindədir və bu ölkə ərazisinin 45%-ni təşkil edir. 


 
Tacikistan  Bədəxşanı muxtar hüquqlu vilayətdir və zaman-zaman separatizm bayrağı qaldırır. Əhalisinin azlığı müstəqillik arzularının reallaşdırılmasının qarşısını alsa da, “Taliban”ların onlara dəstək verməsi bölgənin tamamilə nəzarətdən çıxmasına yol aça bilər. “Taliban”ın Orta Asiyaya yayılma strategiyası da elə bu plan üzərində qurulub.


Ana səhifəyə qayıt        Baxış: 4 834          Tarix: 10-08-2021, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma