Xəbər lenti
Bu gün, 20:21
Bu gün, 18:09
Bu gün, 17:21
Bu gün, 13:41
Bu gün, 12:35
Bu gün, 11:21
Dünən, 23:24
Dünən, 22:14
Dünən, 21:42
Dünən, 19:32
Dünən, 17:30
Dünən, 16:41
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qırğıztanlı həmkarı Ruslan Kazakbayeva zəng edib.
Ovqat.com xəbər verir ki, Lavrov tərəf müqabili ilə söhbətində əsas diqqəti gündəlik münasibətdə rusdilli əhaliyə “artan millətçilik hallarına” yönəldib.
Rusiya rəsmilərinin mənfi millətçilik halı kimi qiymətləndirdikləri və Bişkeki gözümçıxdıya saldıqları hadisə nə olsa yaxşıdır?
Məlum olduğu, kimi ötən həftə Bişkekin uşaq parklarından birində kassirdən nəsə soruşan bir qırğız vətəndaş rusca cavab alır. Vətəndaş ona ölkənin dövlət dilinin qırğızca olduğunu xatırladır və cavabın məhz bu dildə verilməsini tələb edir. Aralarında çıxan mübahisə nəticəsində vətəndaş, kassirin üzərinə kalkulyatoru atır. Bununla da Moskvanın haray qışqırığı başlayır.
Əvvəl Rusiyanın Dövlət Duması post-sovet məkanında rusdilli əhaliyə qarşı artan nifrət hissini cəzalandıran qanunlar paketi hazırlayır və Bişkekə hədə-qorxu gəlir. Daha sonra dövriyyəyə Rusiya Xarici İşlər Nazirliyi girir və Qırğızıstandan “həddini aşan” vətəndaşı cəzalandırmağı tələb edir.
Moskvanın bu tələblərindən sonra Qırğızıstan məhkəməsi kassir qıza “hücum edən” səbəbkar barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş qaldırır. Elə həmin gün qırğız vətənpərvər həbs olunaraq istintaq təcridxanasına salınır.
Rusiya məhkəməsi də onun barəsində cinayət işi qaldırır və qırğız vətəndaşın ölkəyə girməsinə qadağa qoyur. Yeri gəlmişkən, Rusiya məhkəməsi eyni gündə eyni cəzanı rus millətini “üfunəti dünyanı bürüyən donuz” adlandıran Azərbaycan alimi və sabiq diplomat İsfəndiyar Vəhabzadə barəsində də çıxarmışdı. Hər iki “cinayətkar” 50 il müddətinə Rusiyaya getməkdən mərhum olunmuşlar. Vəhabzadədən fərqli olaraq qırğız vətəndaşı bir də öz ölkəsində uzunmüddətli həbs gözləyir.
Görünən budur ki, Rusiya Qırğızıstandan əl çəkmək niyyətində deyil. Lavrovun ilin-günün bu zamanında adi bir məişət söhbətinə görə, üstəlik, öz dövlət dilində danışmaq tələbi irəli sürən qırğızın daha sərt cəzalandırılması üçün qalxıb Ruslan Kazakbayeva telefon açması Moskvanın başqa dövlətlərə öz hegemonluğunu zorla qəbul etdirmək səylərindən başqa bir şey deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar