Xəbər lenti
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
Borrell: "Əfqanların Avropaya köçünün qarşısının alınmasında Türkiyə çox əhəmiyyətli rol oynayacaq"
Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətinin Yüksək Nümayəndəsi Josep Borrell, ölkəsini tərk edən əfqanların Avropaya gəlməsinin qarşısını almaqda Türkiyənin "çox əhəmiyyətli bir rol oynayacağını" söyləyib.
Ovqat.com xəbər verir ki, Borrell, İspaniyanın dövlət radiosu “RNE”ya açıqlamasında, Əfqanıstanda baş verənləri şərh edərkən deyib:
"Kabil Hava Limanında ilk gün görüntüləri gördükdə, ölkəni tərk etmək üçün nə risklərə getdiklərini başa düşürük. Son 3 ayda artıq Əfqanıstandan köçlər başlayıb. İran, İraq və ya Şərqi Aralıq dənizi üzərindən Avropaya daha çox gələnlər var və gələcəklər. Bu, tranzit ölkələrlə sıx əməkdaşlıq etməli olduğumuzu göstərir. Bu humanitar böhranın da qarşısını almaq lazımdır. Burada Türkiyə çox əhəmiyyətli bir rol oynayır”.
Borrellin fikrincə, Türkiyədən Avropaya keçməyə çalışan çox insan olacaq, amma bu, təkcə indiki dövr üçün deyil, gələcək üçün də narahatlıq doğurur.
Borrell “Taliban”ın Əfqanıstanı ələ keçirməsini Qərb dünyasının məğlubiyyəti olduğunu düşünür. AB-nin «Taliban»la görüşmək istədiyinin bəzilərini təəccübləndirdiyini vurğulayan Borrell deyib: "Onlarla danışmalıyıq. Kabili nəzarətə götürənlərlə danışmasaq, hava limanlarının təhlükəsizliyini bir kənara bilmərik”.
Borrell Əfqanıstanda AB ölkələri ilə əməkdaşlıq edən Əfqanıstan vətəndaşlarının və ya həyati təhlükəsi olanların təxliyəsini vəzifə və məsuliyyət olaraq qəbul etdiklərini və bunun üçün böyük səy göstərdiklərini bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar