Xəbər lenti

2016-cı ilin Aprel müharibəsi zamanı Sərkisyan və onun komandası Ermənistan ictimaiyyətinə 800 hektar ərazi üzərində nəzarətin itirilməsini və 78 hərbçimizin həlak olmasını qələbə kimi təqdim etməyə çalışırdı. İndiki hakimiyyətin dövründə də belədir. Məsələn, son müharibə zamanı Azərbaycan Şuşanı öz nəzarətinə götürəndə hakimiyyətimiz "taktiki geri çəkilmə" haqqında nağıl danışırdı. Guya bir azdan biz "düşməni məhv edəcəyik". Bütün bunlar nə ilə qurtardı, hamımız yaxşı xatırlayırıq.

Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

"Hətta indi Ermənistan cəmiyyətinin demək olar ki, öz hökumətinə inamı və hörməti qalmadığı bir vaxtda da İrəvan bizi axmaq saymağa davam edir, öz uğursuzluqlarını nailiyyət və qələbə kimi qələmə verir", - erməni ekspert bildirib.

Arşakyan bildirib ki, Ermənistan hakimiyyəti müttəfiqlərlə yaxşı münasibətlərdən danışır:

"Bu, gülüncdür. Hansı müttəfiqlər? Bütün bu ölkələr müharibədən sonra qazanılmış qələbə münasibətilə Azərbaycanı təbrik etdilər. İrəvan bunu "Ermənistanın maraqlarının irəliləməsi" və ya "nailiyyət" hesab edir? İrəvanın müttəfiqi yoxdur. Çünki hamı hər şeyi görür və başa düşür".



Ana səhifəyə qayıt        Baxış: 3 012          Tarix: 1-09-2021, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma