Xəbər lenti

Qondarma "Dağlıq Qarabağ Respublikası”nın ("DQR”) "prezidenti” Araik Arutyunyan tutduğu postdan kənarlaşdırıla bilər. 

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistan müxalifəti, xüsusilə baş nazir Nikol Paşinyan hökumətinə qarşı radikal mövqedə dayanan "Qarabağ klanı”nın təmsilçiləri bu istiqamətdə aktiv iş aparırlar. 

Erməni mediası yazır ki, "DQR”in "müstəqillik” günü ilə bağlı Ermənistan parlamentinin müxalifəti təmsil edən nümayəndə heyəti Qarabağa gedib. Səfər müxalifətin öz hesabına baş tutub. Məlumata görə, nümayəndə heyətinin tərkibi planlaşdırıldığından daha geniş olub. 

"Müstəqllik günü” ilə bağlı "DQR”in "parlamenti”ndə keçirilən xüsusi iclasa qatılan müxalifət nümayəndələri həm də təkbətək görüşlər keçirib. Bu sırada "Ermənistan” blokunun təmsilçisi, "Dirçələn Ermənistan” partiyasının lideri Vaqe Akopyanın "DQR”in keçmiş "prezidenti” Bako Saakyanla görüşü xüsusi diqqət çəkib. 

Erməni mənbələri yazır ki, görüşdə geniş müzakirələr aparılıb. Amma müzakirə mövzusu barədə dəqiq bilgi yoxdur. 

Bununla belə, Ermənistan müxalifətinin "DQR”in keçmiş rəhbərləri ilə aktiv təmasları Araik Arutyunyana etimadsızlığın təzahürü kimi dəyərləndirlir. "Qarabağdakı mövcud hökumətin hər şeyi yaxşılığa doğru dəyişəcəyi barədə heç kimdə ümid yoxdur. Ona görə də keçmiş liderlərin potensialı yenidən nəzərdən keçirilir”, - erməni mənbələri yazır. 

Görünən odur ki, 44 günlük müharibədəki ağır məğlubiyyətə baxmayaraq, Paşinyan hökumətinə qalib gələ bilməyən müxalifət "DQR”də möhkəmlənməyə çalışır. Bununla da rəsmi İrəvana təzyiq imkanlarını artırmaq niyyəti güdür. Araik Arutyunyanın mövcud hakimiyyətə loyal münasibəti müxalifətin maraqlarına cavab vermədiyinə görə onun "iqtidar”dan kənarlaşdırılması düşünülür. Böyük ehtimalla yaxın vaxtlarda "DQR”də "hakimiyyət”ə qarşı etiraz aksiyaları başlayacaq.

Seyid
//qaynarinfo.az/


Ana səhifəyə qayıt        Baxış: 3 568          Tarix: 2-09-2021, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma