Xəbər lenti
Xaçatur Sukiasyan: “Biz hamımız Sarqsyanın Baden-Badendə kazinoda 100 miyon dollar uduzduğunu bilirik

Ermənistanın ən varlı adamlarından sayılan və Nikol Paşinyanın partiyasının siyahısı ilə parlamentə seçilən oliqarx Xaçatur Sukiasyan sabiq president, hərbi cani Serj Sarqsyanı təhqir edib və dövlətin külli miqdarda pulunu kazinoda uduzmaqda günahlandırıb.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Sukiasyanın parlament tribunasından uşaq qatili Sarqsyanın ünvanına söylədikləri qarşı tərəfin hiddətinə səbəb olub və sabiq prezidentin vəkili oliqarxı məhkəməyə verdiklərini deyib.

Sukiasyan parlamentdə Sarqsyan barədə deyib: “Biz hamımız Sarqsyanın Baden-Badendə kazinoda 100 miyon dollar uduzduğunu bilirik. Hansı ki, o, 90-cı illərdə İrəvana ayrı-ayrı ölçülərdə olan ayaqqabılarda gəlmişdi…”

Hərbi cani Sarqsyan bu fikirləri öz “şərəf və ləyaqətinə” qarşı təhqir hesab edib və məhkəmədən oliqarxın təkzib verməsini və “ləyaqətinin” qiymətində - cəmi 2 min ABŞ dolları məbləğində cərimələnməsini tələb edib.


Ana səhifəyə qayıt        Baxış: 2 976          Tarix: 6-09-2021, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma