Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
İranın “Cavan” qəzeti Azərbaycanın Gorus-Qafan yolunda gömrük postu qurmasından yazıb.
Ovqat.com-un məlumatına görə, nəşr Azərbaycanın öz ərazisində gömrük postu yaratmasını "İranın Qafqaza yolü üstündə Bakının törətdiyi cinayət" adlandırıb.
Məqalədə Ermənistanın Azərbaycana qarşı bütün təzyiq rıçaqlarını itirdiyi və yenilərini yaratmağa çalışmadığı vurğulanır. Bildirilir ki, Azərbaycan köhnə sovet xəritələrindən çıxış edərək Ermənistan ərazisinə hücuma keçir və ermənilərin əlindəki “əvvəlki təzyiq vasitələri” ilə yanaşı, Ermənistan-İran yolunun 20 kilometrlik sahəsini də nəzarətə götürüb. "Bakı öz ciddiliyini və yeni təzyiq vasitələrinin gücünü göstərmək üçün Ermənistanla İran arasında quru yolunu iki gün məhdudlaşdırıb", - deyə məqalədə bildirilir.
Qeyd edilir ki, Azərbaycanın gömrük nəzarəti post qurması ilə əlaqədar Ermənistanın yüksək vəzifəli şəxsləri heç bir "problemlərinin olmadığını" bəyan etməklə kifayətlənirlər: “Halbuki, bu postlar onların nəzarəti altında olan rayonda qurulub".
Ermənistan hökumətinin problemi aradan qaldırmaq üçün heç bir xüsusi addım atmadığı vurğulanan yazıda İran XİN-in də bu məsələyə laqeyd yanaşdığı qeyd olunur.
Məqalədə təklif edilir ki, Bakının əsas məqsədlərindən biri İranın Ermənistan üzərindən tranzit imkanından imtina etməsi və Azərbaycandan asılı vəziyyətə düşməsidir. Müəllifin fikrincə, İran Naxçıvan-Biləsuvar yolundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməli və Muxtar Respublikaya gedən maşınlardan aldığı tranzit haqqını qaldırmalıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar