Xəbər lenti
Bu gün, 20:21
Bu gün, 18:09
Bu gün, 17:21
Bu gün, 13:41
Bu gün, 12:35
Bu gün, 11:21
Dünən, 23:24
Dünən, 22:14
Dünən, 21:42
Dünən, 19:32
Dünən, 17:30
Dünən, 16:41
Bu zamanadək Ermənistan və Türkiyə rəsmiləri arasında heç bir əlaqə olmayıb, amma rəsmi İrəvan buna hazırdır.
Ovqat.com-un məlumatına görə, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorgyan "Armenpress" informasiya kanalına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Ermənistanla dialoqla bağlı bəyanatını şərh edərkən bunu bildirib.
Mətbuat katibi vurğulayıb ki, səmərəli fəaliyyət imkanları olarsa, Ermənistan Türkiyə ilə ən yüksək səviyyədə görüşlər keçirə bilər.
Qeyd edək ki, Türkiyə Prezidenti Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin ermənistanlı həmkarının görüş təklifini ona çatdırdığını demiş və Paşinyana üzərinə götürdüyü öhdəliklərin olduğunu xatırlatmışdı. Ərdoğan vurğulamışdı ki, Ermənistan bu öhdəlikdən doğan addımları atmadıqca görüşə ümid bağlamasın.
Gevorgyan Ərdoğanın bu fikirlərini şərh edərək deyib ki, Ermənistan Baş naziri parlamentdəki son çıxışında Türkiyə ilə dialoqa başlamaqla bağlı fikirlərini açıqlayıb və onun fikrincə, yüksək səviyyəli təmaslardan əvvəl işçi qrupları arasında müzakirələr aparılmalı və öz tərəfdaşlar görüşlərini beynəlxalq təşkilatlara təqdim etməlidirlər.
"Baş nazir Paşinyan beynəlxalq təmaslar zamanı həmkarlarına hökumətin proqramında əks olunan və bütövlükdə bölgənin sülh yolu ilə inkişaf etməsi ilə bağlı fikirlərini çatdırır və eyni zamanda səlahiyyətlilərin bu istiqamətdə səy göstərməyə hazır olduğunu bildirir", - deyə Paşinyanın mətbuat katibi bildirib.
Ərdoğanın Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi məsələsinin siyasi mahiyyəti ilə bağlı dəyərləndirmələrinə gəlincə, Gevorgiyanın fikrincə, Paşinyan dəfələrlə bu layihə ilə bağlı düşüncələrini ortaya qoyub.
“Paşinyanın sözlərinə görə, Ermənistan 9 Noyabr və 11 Yanvar üçtərəfli bəyanatlarda yer alan razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinə böyük əhəmiyyət verir. Kommunikasiyaların açılması bölgədə uzunmüddətli sülh və sabitliyin qurulması üçün bölgədəki düşmənçilik atmosferinin (təəssüf ki, hələ də mövcuddur) aradan qaldırılması müstəsna əhəmiyyət kəsb edir. Ermənistan bu istiqamətdə hərəkət etmək və nəticələr əldə etmək əzmindədir", - deyə Gevorgyan vurğulayıb.
Onun fikrincə, bəzi açıqlamalarda kommunikasiyaların bərpası mövzusu fərqli formalarda təqdim olunur.
"Beləcə, dəhlizlərlə bağlı müzakirələr bölgədə sülh və sabitliyin qurulması, düşmənçilik atmosferinin aradan qaldırılması məntiqi ilə ziddiyyət təşkil etməyə başlayır. Onların məqsədi təkcə bölgə dövlətlərini və xalqlarını təcrid etmək deyil, həm də bunun geridönməz olduğunu vurğulamaqdır", - deyə Paşinyanın mətbuat katibi bildirib.
Onun sözlərinə görə, bölgənin qarşılıqlı əlaqəsini möhkəmləndirməyin və düşmənçiliyi addım-addım aradan qaldırmağın əsl yolu regional kommunikasiyaların blokdan çıxarılmasıdır və bunun da bəzi formaları var.
"Ermənistan hökuməti 9 noyabr üçtərəfli bəyanatının 9 -cu bəndində və 11 yanvar üçlü bəyanatında təsvir olunan bu variantı dəstəkləyir", - Gevorgyan bildirib.
Paşinyanın mətbuat katibi indiki şəraitdə bölgənin sülh yolu ilə inkişaf etdirilməsinin nə dərəcədə real göründüyü sualına cavab verərkən vurğulayıb: “Təəssüf ki, ziddiyyət doğuran hadisələr demək olar, hər gün baş verir və bunun məqsədi yalnız düşmənçilik mühitini ağırlaşdırmaq deyil, həm də sistemli hala gətirməkdir. Bölgəmizdə sülhün mümkünsüzlüyünü nümayiş etdirmək üçün bu və digər addımlar atılır. Ancaq Ermənistan hökuməti hər bir fürsətdən istifadə edərək bölgədə sülh erasını açacaq və buna yeni imkanlar yaradacaq təklifləri ardıcıl olaraq irəli sürəcək. Baş nazir Paşinyan bu yolda güclü sinirlərə ehtiyac olduğunu, tez və asan həll yollarının olmadığını dəfələrlə bəyan edib”.
Xatırladaq ki, Ermənistan hökumətinin önümüzdəki 5 il üçün proqramında Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün səylər göstərməyə hazır olduğuna dair bir bənd var və bu sənədə əsasən, "sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf regional maraqlara cavab verir".
Sənəddə qeyd olunur ki, tərəflər qarşılıqlı etimad mühiti yaratmaq və tədricən normal münasibətlər qurmaq üçün "heç bir şərt irəli sürmədən" çalışmalıdırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar