Xəbər lenti

 
Türk Jandarması PKK-ya qarşı antiterror əməliyyatına başlayıb.
 
Ovqat.com-un məlumatına görə, Bingöl, Diyarbakır və Muşda başladılan əməliyyatda 13 taburdan 2.520 şəxsi heyət iştirak edir.
 
 Terror təşkilatı PKK-ya qarşı keçirilən payız-qış əməliyyatı çərçivəsində müxtəlif vilayətlərdə eyni zaman dilimində 8 min 162 kiçik, orta və böyük miqyaslı tədbirlərin görülməsi planlaşdırılır. “Şəhid Eren” adlanan əməliyyatın birinci mərhələsi bu ilin yanvar ayında keçirilmiş və 127 terrorçu zərərsizləşdirilmişdi. Türkiyə rəsmilərinin məlumatına görə, bu gün start verilən ikinci mərhələdə növbəti yaza qədər bölgənin tamamilə terrorçu ünsürlərdən təmizlənməsi nəzərdə tutulur.


 
Əməliyyata adı verilən Eren Bülbülün 2017-ci ildə 17 yaşında olarkən əməliyyatın keçirildiyi bölgədə PKK tərəfindən qətlə yetirildiyi bildirilir. Türk Jandarması əməliyyata bu məsum gəncin adını qoymaqla onun qisasını alacaqları mesajını verir. 


Ana səhifəyə qayıt        Baxış: 3 796          Tarix: 2-10-2021, 19:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma