Xəbər lenti

Gürcüstanın Marneuli şəhərində yerli özünüidarəetmə orqanına keçirilən seçkilərin qalibi Kənan Ömərov olub.

Axar.az xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının namizədi Kənan Ömərovun bülletenlərin 100 faizinin hesablanması nəticəsində 68,01 faiz səs topladığı məlum olub.

Kənan Ömərovun seçkilərdəki rəqibləri Eldar Mustafayev (Vahid Milli Hərəkat) 28,17 faiz, Əhməd İmamquliyev (Avropa Gürcüstanı) isə cəmi 3,58 faiz səs toplaya bilib.


Ana səhifəyə qayıt        Baxış: 2 304          Tarix: 3-10-2021, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma