Xəbər lenti

Ermənistanın Baş Prokurorluğuna keçmiş prezident Serj Sarqsyanın dövlət başçısı olduğu dövrdə onun Almaniyanın Baden-Baden kurortuna etdiyi çoxsaylı səfərlər barədə məlumat təqdim olunub.

"AzPolitika.info" erməni mediasına istinadən bildirir ki, prokurorluq bu səfərlərin məqsədi və səfərlər üçün dövlət vəsaitlərinin mümkün israf olunmasını araşdıracaq.

Bundan əvvəl “Məlumatlı vətəndaşlar birliyi” proqramının koordinatoru Daniel İonnisyan bildirmişdi ki, “Faktların yoxlanması platformasının” üçüncü prezidentin Baden-Baden səfərləri barədə təhqiqatının sənədlərini buna cinayət-hüquqi qiymətin verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edəcək.

İonnisyan bildirir ki, ictimai birlik Serj Sarqsyanın hərəkətlərinin Cinayət Məcəlləsinin mənimsəmə, israfçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri üzrə araşdırılmasını istəyir. Baş Prokurorluqdan bildiriblər ki, bu barədə məlumat Xüsusi İstintaq Xidmətinə göndərilib və bu qurumda bu iş üzrə materiallar hazırlanır. Bundan əvvəl Serj Sarqsyanın prezident olduğu 10 il ərzində Baden-Badenə 16 dəfə səfər etdiyi barədə iddialar səslənmişdi.

Ermənistan parlamentində hakim fraksiyanın deputatlarından biri isə iddia etmişdi ki, Sarqsyanın Baden-Badenə səfərlərinin əsas məqsədi oradakı kazinoya baş çəkmək və qumar oynamaq olub. Onun sözlərinə görə, eks-prezident qumar oyunlarında 100 milyon dollardan çox pul uduzub. Sarqsyan bu iddiaları rədd edib və sözü gedən deputatı məhkəməyə verib.



Ana səhifəyə qayıt        Baxış: 3 215          Tarix: 9-10-2021, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma