Xəbər lenti
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
“Hindistanın mövqeyi çox tutarlıdır. ATƏT -in Minsk Qrupu çərçivəsində diplomatik sənədlərlə sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq”
Ovqat.com xəbər verir ki, Ermənistana səfər edən Hindistanın xarici işlər naziri Subramanyam Jaishankar erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında belə deyib.
Qeyd edək ki, İranın Ermənistan vasitəsilə Gürcüstana, ordan isə Qara dəniz yoluyla Avropaya açılmaq projesində Hindistan da yer alır. Bəzi xarici güc mərkəzlərinin Çinin iqtisadi inkiafını əngəlləmək üçün gücləndirməyə çalışdığı Hindistana məxsus məhsulları Fars körfəzindən Qara dənizə çıxarmaq istəyən İranın bu planı Azərbaycan ordusunun Gorus-Qafan yolunda nəzarət-buraxılış postu qurması ilə təhlükəyə düşmüş və Tehran Bakıya “şir quyruqlu” mesajlar verməyə başlamışdı. Xüsusilə Zəngilan dəhlizini açmaq proyekti üzərində çalışan Türkiyə, Azərbaycan və Pakistan ittifaqının bu səylərini öz iqtisadi mənfəətlərinə zidd hesab edən İran və Hindistanın ermənilərin yanında yer alması təəccüblü deyil. Təəccüblü olan budur ki, İran öz dən davasını din davasına çevirir və erməniləri dəstəkləyərkən “şiə müsəlmançılığını” da işə qatır. Halbuki, onun mövcud olmayan dini və məzhəbçi təəssübkeşliyi Azərbaycan xalqının qanına susamış ermənilərin yanında yer almamasını tələb edir. Ən azı ona görə ki, Azərbaycan - erməni konfliktində zülmə məruz qalan tərəf bizik və biz həmin ermənipərəst İranla din və məzhəb qardaşıyıq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar