Xəbər lenti

“İlkin məlumatlara əsasən, biz bütün bələdiyyələrdə qalib gəlmişik”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

O, seçicilərə səsvermədə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

“İkinci turda qələbə münasibətilə sizi təbrik edirəm. Seçkilər çox yaxşı və sakit mühitdə keçib”, - İ.Qaribaşvili deyib.

Baş nazir "Gürcü Arzusu" Partiyasının namizədi Kaxa Kaladzeni Tbilisi meri seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, “Gürcü Arzusu”nun liderləri və tərəfdarları partiyanın Tbilisidəki baş ofisinin qarşısında seçkilərdə qələbəni qeyd edirlər.



Ana səhifəyə qayıt        Baxış: 3 423          Tarix: 30-10-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma