Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
Gürcüstanda yerli seçkilərin ikinci turunun ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, oktyabrın 30-da keçirilmiş səsvermədən hesabat yayan Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının 19 şəhərdə, o cümlədən paytaxt Tbilisidə mer postuna sahib çıxdığını bəyan edib.
Sabiq prezident Mixail Saakaşviliyə bağlı müxalif Vahid Milli Hərəkat Partiyasının namizədinin yalnız Salencixa şəhərində mer seçildiyi bildirilir.
30 oktyabr seçkisi 24 dairədə yerli məclislərə 42 boş yerin sahiblərini də müəyyənləşdirir.
Oktyabrın 2-də keçirilmiş ilk turda Gürcü Arzusu 44 şəhərdə mer postunu götürüb, yerli məclislərdə də üstünlük əldə edib.
Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili prezident postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında iki həbs hökmü var. 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsi onu əvvəl 3 il, sonra 6 il müddətinə azadlıqdan məhrum edib.
Sabiq prezidentin üstündə başqa ittihamlar da var. Həmin işlər Tbilisi Şəhər Məhkəməsinin icraatındadır.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkənin vətəndaşıdır, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.
Mixail Saakaşvili 2 oktyabr seçkiləri ərəfəsində Gürcüstana dönüb və xalqı Vahid Milli Hərəkat Partiyasının namizədlərinə səs verməyə çağırıb. Oktyabrın 1-də sabiq prezident paytaxt Tbilisidə tutulub. Rustavi şəhərindəki həbsxanaya yerləşdirilən Mixail Saakaşvili tutulduğu vaxtdan bəri aclıq aksiyası keçirir.
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə yeni ittiham irəli sürüb. Mixail Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinir. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.
Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu qalib gələrək hökumət qurub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar