Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
“Türkiyə son bir ildə İrandan qaz alışını 31% azaldıb və ölkə Azərbaycan Respublikasından 11 milyard kubmetr təbii qaz idxalına dair müqavilə imzalayıb. Bundan əlavə, Rusiya da İrana Xəzərdəki 8 böyük qaz yatağının istismarına icazə verməyib”.
Ovqat.com xəbər verir ki, Tehran Enerji Palatasının sədri Rza Pədidar mətbuat açıqlamasında belə deyib.
Tehranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəsmi saytının məlumatına görə, enerji ekspertləri ölkədə qarşıdan gələn qış fəsli üçün təbii qazın mümkün qıtlığından qorxduqlarını gizlətmitlər. Ölkədə qaz hasilatı və istehlakı ilə bağlı baş verən prosesləri və təhlilləri yaxından izləyənlər qarşıdan gələn qış mövsümündə mümkün qaz kəsilmələrinin sənaye və istehsalat müəssisələrinin həyatını təhlükə altına qoya biləcəklərindən narahatdırlar. Bu risklər dövlət qurumları tərəfindən də etiraf olunur.
“Tehran İctimaiyyətlə Əlaqələr Palatasının məlumatına görə, Tehranın Enerji və Ətraf Mühit Palatasının Komissiyasının rəhbəri Rza Pədidar komissiyanın son iclasında bildirib ki, Türkiyə İrandan təbii qaz alışlarını 31% azaltması azmış kimi, onun İranla bağladığı enerji ixracına dair müqavilə üçün son tarixə cəmi dörd il qalıb və iki ölkənin qaz mübadiləsinə hansı yeni yanaşmanı tətbiq edəcəyi bəlli deyil”, -məqalədə belə deyilir.
Ankara ilə Bakı arasında bağlanan qaz müqaviləsinin 3 illiyə bağlandığını nəzərə alsaq, bu, İrandan alınan təbii qazın müqavilə müddəti bitənə qədər Azərbaycan qazı ilə kompensasiya ediləcəyi anlamına gəlir.
İranın Türkiyəyə qaz ixracının azaldılmasından başqa ölkənin qaz sənayesi sahəsində baş verən daha bir hadisə rəsmi Tehranı xeyli pəjmürdə edib. Tehran Ticarət və Sənaye Palatasının sədri Ərdəşir Dadras Tehran Enerji Palatasının iclasında bildirib ki, İranın səkkiz böyük qaz quyusu qazmaq hüququ var idi: “Həsən Ruhani hökuməti ilə Rusiya hökuməti arasında imzalanmış razılaşmaya əsasən isə Rusiya İrana faktiki bu hüququndan istifadə etməyə imkan vermir”.
Dadrasın Rusiya ilə bağladığı hansı sazişi nəzərdə tutduğu aydın deyil. Mümkündür ki, burada söhbət 2018-ci ilin avqustunda imzalanmış “Xəzərin Hüquqi Statusu” barədə Konvensiyadan gedir. Həmim Konvensiyaya görə, Xəzərin dibi 5 sahil dövləti arasında bölünmüşdü. İran isə bu bölgüyə etiraz edir və SSRİ ilə nə zamansa bağladığı müqaviləyə əsasən, Xəzərin yalnız Rusiya ilə İran arasında bölünə biləcəyi iddiasını irəli sürürdü. Dolayısıyla müsəlman Azərbaycan və Türkmənistanın haqqına özü göz dikir, digər bir müsəlman ölkəsi Qazaxıstanın payını isə Rusiyaya hədiyyə etmək sevdasına düşmüşdü. Rusiya isə İrandan daha “Allahlı” çıxmış və hər kəsin sahib olduğu ərazisinə görə Xəzərə yiyələnməsi təklifi ilə razılaşmışdı. Bayrağında “Allah” yazılan İran isə hələ də Xəzərin Statusu haqqında Konvensiya ilə razılaşmaq istəmir və onu ratifikasiya etməyə tələsmir.
Dadras bu müqaviləni indiki dövrdə “qaz sahəsində Türkmənçay müqaviləsi” adlandıraraq deyib: "Dünyada qaz ehtiyatları baxımından İranın payı 17,9%, Rusiyanın payı isə 18,1% təşkil edir. İran öz ehtiyatını 18,2 faizə çatdırmış və onu dünyada ikinci ən böyük qaz istehsalçısına çevrilmişdi. Lakin bu müqaviləyə əsasən, Rusiya İrana məxsus olan bu qaz ehtiyatlarının çıxarılmasına icazə vermədi və bizim onu çıxarmağa haqqımız yoxdur”.
Dadras eyni zamanda, Xəzər dənizində neft quyularının çıxarılması üçün bir neçə il davam edən “Əmirkəbir” gəmisinin tikintisinə toxunaraq, bu gəminin ölkə üçün heç əhəmiyyətinin qalmadığını vurğulayıb: “İran praktiki olaraq neft və qaz ehtiyatlarını çıxara bilməz. Xəzər dənizində, bir tərəfdən, İranın bu bölgədəki dəniz ərazisini Rusiya ilə razılaşmalar səbəbindən azaldılıb və indi keçmişlə müqayisədə beşdə birinə sahib olub, Bu da İranın dərin sulara çıxışını əngəlləyir. Digər tərəfdən, ölkənin Xəzər dənizində neft quyularının kəşfi və çıxarılması texnologiyası zəifdir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar