Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin təhlükəsizliyi üçün onun məhkəmə prosesini həbsxanada keçirməyi tövsiyə edib.
Ovqat.com xəbər verir ki, Gürcüstanın ədliyyə naziri Rati Breqadze dünən axşam "Rustavi-2" televiziyasının efirində fikrini belə əsaslandırıb:
"Bizim tövsiyəmiz ondan ibarətdir ki, məhkəmə prosesi 12-ci cəzaçəkmə müəssisəsində keçirilsin".
Onun sözlərinə görə, belə bir praktika var; məhkəmə başqa yerdə, hətta məhkəmə binasında da keçirilə bilər.
Breqadze vurğulayıb ki, Ədliyyə Nazirliyinin ciddi tövsiyəsi olacaq ki, məhbus həbsxana ərazisindən çıxarılmasın, çünki bu, Saakaşvili üçün birbaşa təhlükəli ola bilər.
"Məhz onun təhlükəsizliyinin maraqları əsasında biz onu və təbii ki, qanunun aliliyini qorumağa borcluyuq", - deyə Ədliyyə Nazirliyinin rəhbəri bildirib.
Nazir Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu yaxınlarda verdiyi bəyanatı misal çəkib və Saakaşvilinin həbsxanadan çıxarılacağı təqdirdə yarana biləcək mümkün təhlükələri əsas götürərək bu cür qərar verəcəklərini deyib.
Breqadze Saakaşvilinin vəkillərinin onun mülki klinikaya köçürülməsi tələblərinə də münasibət bildirib. Nazirin sözlərinə görə, Saakaşvilinin vəziyyətinə nəzarət edən çoxsahəli həkimlər qrupunun hazırladığı raportun heç bir yerində onun özəl və ya mülki klinikaya köçürülməsinin zəruriliyi, yaxud ümumiyyətlə, təcili xəstəxanaya yerləşdirilməsinə ehtiyac olduğu qeyd edilməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar