Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
Xatırlayırsınızsa, ötən ayın sonlarında xəbər vermişdik ki, Rusiya və Belarus noyabrın 1-dən Ukraynaya elektrik enerjisi ilə yanaşı A (antrasit) və T (arsız) markalı termik kömür tədarükünü dayandırmışdı. Bu markalı kömürdən elektrik enerjisinin alınması üçün istifadə edildiyini nəzərə alsaq, Moskvanın bu yolla Ukraynanı işıq üzünə həsrət qoymağı planlaşdırdığı aydın idi.
Ovqat.com-un məlumatına görə, Rusiyanın enerji blokadasının nəticələri özünü çox gözlətməyib.
“Ukrenergo” şirkəti bildirir ki, ötən şənbə günündən etibarən ölkənin İstilik Enerji Stansiyalarının 90%-i artıq işini dayandırıb.
“Ukraynanın 23 dövlət İES-dən yalnız üç bloku işləyir qalanları isə ya kömür çatışmazlığı üzündən, ya da təmirə dayanıb”, - “Ukrenergo” bildirir:
“Şənbə gününə olan məlumata görə, Centrenergo-nun dövlətə məxsus istilik elektrik stansiyalarının 60%-i kömür çatışmazlığı səbəbindən işləməyib. Xammal çatışmazlığı səbəbindən rekord sayda 14 enerji bloku söndürülüb, daha altısı təmirdədir. Cəmi üç aqreqat yük daşıyır – bu isə dövlətə məxsus istilik elektrik stansiyalarının gücünün 10 faizini təşkil edir”.
Qarşıdan soyuq qış aylarının gəlməsi və Rusiyanın Ukraynaya qaz nəqlini də dayandırması yaxın zamanlarda bu ölkədə ciddi enerji böhranının yaranmasını tətikləyə bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar