Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Noyabrın 16-da sərhəddə baş verən hərbi toqquşmada növbəti məğlubiyyət yaşayan Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentdə çıxış edib, daha sonra deputatların suallarını cavablandırıb.
O, cəbhədə baş verənlər, Azərbaycanla sülh müqaviləsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı mövqeyini açıqlayıb. Baş nazirin dedikləri hərbi toqquşamadan əvvəlki fikirlərindən kəskin fərqlənir.
Məsələn, Paşinyan kommunikasiyaların açılması barədə bunları deyib: "Əgər Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvanla gediş-gəliş imkanı əldə edəcəksə, demək Türkiyə ilə də əlaqə yaradacaq. Burda bir disbalans yoxdur. Kommunikasiyaların açılması dedikdə, Azərbaycan dəhlizin açılması qarşılığında öz ərazisi vasitəsilə ermənilərə Gorusla Qafan arasında gediş-gəliş imkanı verməyi nəzərdə tutur. Məsələ burasındadır ki, bizim bu iki yaşayış məntəqəsi arasında Azərbaycan ərazisi vasitəsilə əlaqə yaratmaq kimi bir problemimiz yoxdur. Bu, bizim üçün texniki məsələdir. Artıq bizim yeni yolumuz var: İrəvan-Qafan. Yaxın aylarda digər alternativ yollarımız da işə düşəcək".
Baş nazir sərhədlərin delimitasiya və demarkasiyası barədə isə deyib ki, Ermənistan hökuməti Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasındakı sərhədlərlə bağlı hüquqi əhəmiyyəti olan bütün sənədləri öyrənib: "Belə sənədlər «de-yure» var və onların heç birində qeyd etdiyiniz ərazilər Azərbaycan əraziləri və ya Ermənistan ərazisi kimi qeyd olunmayıb. Biz necə deyiriksə ki, dünənki hadisələr Ermənistan ərazisində baş verib, o cür də deməliyik ki, Eyvazlı və Çayzəmi Ermənistan torpaqları deyil. Ermənistan Respublikası öz müstəqilliyini Sovet Ermənistanının ərazisində elan edib və beynəlxlaq ictimaiyyət də Ermənistanı bu sərhədlər daxilində tanıyıb. Sovet İttifaqının vaxtındakı sərhədlər o vaxtı kimi indi də beynəlxalq əhəmiyyət kəsb edir".
Paşinyan deputatların suallarına cavab olaraq üçtərəfli görüşlər və müzakirələr barədə də danışıb. O, qeyd edib ki, üçtərəfli işçi qrupu gündəlik rejimdə çalışır, onun işinə fasilə verilməyib. "Hə, bu başqa məsələdir ki, hazırda ortada konkret nəticə yoxdur. Regional kommunikasiya, delimitasiya və demarkasiya və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, bunlar 3 müxtəlif məsələlərdir. Bu məsələlər bir-birləri ilə bağlı olsalar da, onların mahiyyəti və müzakirə formatı fərqlidir", -Paşinyan vurğulayıb.
Azərbaycanla sülh müqaviləsinin imzalanmasına gəlincə, Ermənistanın Baş naziri iddia edib ki, onların məqsədi sülh müqaviləsi imzalamaqdır: "Bu çox geniş bir prosesdir, biz bu işdən heç vaxt imtina etməmişik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizim üzv olduğumuz təhlükəsizlik sistemidir. Oxşar hadisələr zamanı biz bu sistemin işə düşməsi mexanizmləri üzərində işləyirik və sistemin işləyəcəyinə inanırıq. Bu mexanizmin işə düşməsi ilə bağlı əvvəllər uyğun şərait yaranmayıb. Belə vəziyyət birinci dəfədir ki, meydana çıxıb. Biz əlimizidən gələni edirik ki, bu mexanizm vaxtı yetişəndə və uyğun prosedurlar şəklində işə düşsün".
Paşinyan daha sonra bildirib ki, beynəlxalq ictimaiyyət Qarabağla bağlı Ermənistanın daimi şikayətlərindən bezib: "Müəyyən andan etibarən Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir. Beynəlxalq gündəm və beynəlxalq əhəmiyyət kəsb edən məsələləri təkcə öz meyarlarınla ölçmək mümkün deyil: İndisual ondan ibarətdir ki, biz yaranmış problemlərin həllinə getmək istəyirik, ya yox. Ermənistan hökumətinin missiyası qərar qəbul etməkdir. Beynəlxalq ictimaiyyət, kobud desək, hər iki tərəfi, nəhayət, öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır. Niyə bizə elə gəlir ki, bütün dünya bizim problem və qayğılarımızla yaşamalıdır? Bəlkə öz problemlərimizi özümüz həll etməyimizin vaxtı çatıb? Bu, təxminən dünya ictimaiyyətinin bizə dediyidir. Beynəlxalq tərəfdaşlar baxımından nə ermənipərəst, nə də azərbaycanpərəst nizamlanma yoxdur. Ya nizamlanma var, ya da yoxdur".
Baş nazir hərbi toqquşma zamanı azərbaycanlıların irəliləməsi barədə sualı cavablandırarkən iddia edib ki, ümumi balans dəyişməyib: "Onların girdiyi ərazilərdə bizim də mövqelərimiz var, azərbaycanlıların da. Onlar əvvəl də orda idi, indi də ordadırlar. Biz gedirik, başqa yerdə post qururuq, nəticədə hansısa mövqelərdə dayanmaq mənasız olur. Sonra onlar da həmin ərazidə postu bir yerdən başqa yerə köçürürlər. Ona görə də demək olmaz ki, azərbaycanlılar Ermənistan ərazisində irəliləyiblər, yoxsa yox. İrəliləsələr də, çox irəliləməyiblər. Yəni, yenə də həmin 41 kv.kilometrin hüdudlarındadırlar, dünənki hadisələrdən sonra heç nə dəyişməyib. Əvvəllər də belə hallar olurdu. Nə qədər ki, belə hallar var, beynəlxalq ictimaiyyət bu hadisələri gərginliyin konkret mənbəyi kimi görür və Ermənistan və Azərbaycandan müzakirələr yolu ilə problemi həll etməyi gözləyir".
Paşinyanın çıxışını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan rəhbərinin dediklərindən onun hansı qərarlar verəcəyi qənaətinə gəlmək olar: "Birincisi, Paşinyan etiraf edib ki, uzun illər Ermənistanla Azərbaycan arasında sərhəd olmayıb, çünki Ermənistan Azərbaycan ərazilərinə nəzarət edib. Ona görə də hazırki toqquşmalar qeydə alınır. Yəni Paşinyan mövcud toqquşmaları labüd hesab edir.
İkincisi, Paşinyan etiraf edib ki, beynəlxalq aləmdən və beynəlxalq təşkilatlardan dəstək ala bilmirlər və bu proses o hakimiyyətə gəlmədən öncə formalaşmağa başlayıb. “Böyük dövlətlər Ermənistanın şikayətlərindən beziblər” deyən Paşinyan bu məsələdə haqlıdır, hətta İrəvana müxtəlif zamanlarda dəstək verən dövlət və mərkəzlər ermənilərin daimi ağlaşmalarından beziblər. Paşinyan “böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana və Azərbaycana məsləhət görürlər ki, problemlərinizi öz aranızda həll edin” fikrində də haqlıdır. Bununla əslində Paşinyan Qarabağ klanının simasında radikal müxalifətə işarə edib ki, Rusiyaya olan ümidlər özünü doğrultmur, Ermənistan Azərbaycanla qarşıdurmada təklənib. Elə bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti sərhəd məsələsində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstək məqsədilə yazılı müraciət etməyi lazım bilmir. Görünür, anlayırlar ki, müraciət nəticəsiz qalacaq.
Üçüncüsü, Nikol Paşinyan parlamentdəki çıxışında bildirib ki, Azərbaycanla bütün məsələləri həll etməyə, o cümlədən Bakı ilə sülh sazişini imzalamağa və sərhədi müəyyənləşdirməyə hazırdır. Paşinyan çıxışının bu hissəsində ikibaşlı danışıb. Azərbaycan üçün Ermənistanla imzalanan sülh sazişi o deməkdir ki, rəsmi İrəvan, nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünü - Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq. Paşinyan buna hazır deyil. Onun nəzərdə tutduğu sülh sazişi Qarabağ məsələsini “mötərizəyə alır”, yəni bu məsələ ilə Minsk Qrupu məşğul olmalıdır. Belə sülh sazişi isə bizə lazım deyil.
Sərhəd məsələsinə gəldikdə, Paşinyan burda da həqiqəti söyləmir. Əgər Paşinyan sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlara hazır olsaydı, Kremlin təklifi ilə bu ayın əvvəlində üçlü görüşə qatılardı. Paşinyan imkan daxilində bu məsələni uzatmağa çalışır. Ancaq Ermənistan ordusunun sərhəddə verdiyi son itkilər və hərbçilərinin Azərbaycana yenidən əsir düşməsi Paşinyanı hansısa qərar verməyə tələsdirməlidir".
E.Şahinoğlu hesab edir ki, Paşinyan iki seçim qarşısında qalıb. "Birinci seçim Azərbaycanla dəhlizin açılması, sərhədlərin müəyyənləşməsi və sülh sazişiylə bağlı danışıqlara başlamaqdır. Ancaq bu seçim Ermənistan daxilində ona qarşı müqaviməti artıracaq, müxalifəti daha çox radikallaşdıracaq.
İkinci seçim Azərbaycanla həll olunmalı məsələləri uzatmaq yolu ilə qeyri-müəyyənliyi davam etdirməkdir. Ancaq bu seçim də Paşinyana yaxşı heç nə vəd etmir. Azərbaycanla razılaşmaların olmaması Ermənistanın itkilərini artıracaq ki, buna görə də Paşinyan cəmiyyəti qarşısında cavab verməli olacaq".
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar