Xəbər lenti
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) keçmiş direktoru Artur Vanetsyan və digər müxalifətçiyə qarşı çevriliş ittihamlarını ləğv edib. "AzPolitika.info" xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Ermənistan xidməti yayıb.
Xatırladaq ki, hazırda böyük müxalifət partiyasının rəhbəri olan Vanetsyan, hökuməti tənqid edən silahlı dəstə başçısı Aşot Minasyan və daha iki müxalifətçi ötən ilin noyabrında hökumətə qarşı etirazlar vaxtı saxlanıblar. Onda müxalifət Ermənistanın Azərbaycanla altı həftəlik müharibəni uduzmasından sonra küçələrə çıxmışdı.
MTX onları Baş nazir Nikol Paşinyanı öldürməyi və hökuməti devirməyi planlaşdırmaqda ittiham edirdi. Qurum Minasyana məxsus mülkdə xeyli sayda silah-sursat aşkarladığını bildirirdi. Saxlananlar ittihamları siyasi motivli hesab edirdilər. Onlar bir neçə gündən sonra azadlığa buraxıldılar.
Vanetsyanın vəkillərinin dekabrın 28-də bildirdiyinə görə, MTX-nin aparıcı müstəntiqi onların müvəkkilinə qarşı işi dəlil olmadığına görə bağlamaq qərarına gəlib.
“Bu qərar Nikol Paşinyanı qətlə yetirmək, yaxud hakimiyyəti qəsb etmək planının olmadığını təsdiqləyir”, – vəkillər birgə bəyanatda bildiriblər.
2018-2019-cu illərdə MTX-nə başçılıq etmiş Vanetsyan bir il çəkən istintaqı özünə qarşı “daha bir şou” adlandırıb.
“Tam bir il ərzində hakimiyyət iddia elədi ki, ‘onlar baş naziri öldürməyə cəhd ediblər’ və bununla da Milli Assambleyada silahlı adamların olmasını əsaslandırdılar. Ancaq gördüyünüz kimi, bir il öncə açılmış işin… reallıqla əlaqəsi olmayıb. Hakimiyyətin atdığı bütün addımların məqsədi öz hakimiyyətini qorumaqdır”, – o, bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar