Xəbər lenti
Bu gün, 16:00
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
Armen Sarkisyanın istefasından sonra Ermənistanda siyasi proseslər xeyli aktivləşib. Artıq prezidentin istefası qəbul edilib və parlamentdəki fraksiyalarda yeni prezidentin seçilməsilə bağlı müzakirələr gedir. Lakin bu başdan bəllidir ki, yeni prezident Nikol Paşinyanın iradəsi çərçivəsində seçiləcək və müxalifətin bu prosesə təsir imkanı demək olar ki, yoxdur.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni parlamentindəki müxalif siyasi qüvvələr prezidentliyə nmamizəd irəli sürmək məsələsində çətin dilemma qarşısında qalıb.
“Hraparak” qəzeti yazır ki, müxaliflər nə namizəd irəli sürə, nə də bundan imtina edə bilirlər. Serj Sarqsyanın partiyasının da daxil olduğu “şərəfim var” blokunun apardığı müzakirələr barədə məlumat verən “Hraparak” yazır ki, bu blok prezidentliyə öz namizədini irəli sürməmək qərarına gəlib. Hansı ki, daha öncə onun sabiq Ədliyyə naziri David Arutunyanın namizədliyini verəcəyi barədə məlumatlar yayılmışdı.
Məlumatda deyilir ki, Arutunyan öz namizədliyinin irəli sürülməsinin əleyhinə çıxıb və bunu onunla əsaslandırıb ki, nəticəsi əvvəldən bəlli olan prosesdə iştirak etmək istəmir. Belə ki, parlamentdə say çoxluğu hakim partiyanın əlindədir və istənilən halda Paşinyanın müəyyən etdiyi şəxs prezident seçiləcək.
Nəticədə “şərəfim var” bloku namizəd irəli sürməyəcək və Robert Koçaryanın dəstəsinin birləşdiyi “Hayastan” blokunun namizədini dəstəkləyəcək. Lakin bu blok da hələlik namizəd irəli sürməyə tələsmir və onun ümumiyyətlə bu addımı atıb-atmayacağı bəlli deyil.
Erməni politoloqlar isə müxalifətin ümumilikdə çətin vəziyyətə düşdüyünü bildirirlər. Belə ki, bir tərəfdən prezidentliyə namizəd irəli sürməyin mənası yoxdur, çünki istənilən halda onun seçilməsi mümkünsüzdür. Digər tərəfdən, əgər müxalifətin prezidentliyə öz namizədi yoxdursa və bu siyasi qüvvə prezident seçkisində iştirak etmirsə, onun parlamentdə oturması mənasız olur. Odur ki, Koçaryan-Sarqsyan cütlüyü seçim etməkdə çətinlik çəkir və bir növ “haşa-paça” qalıb...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar