Xəbər lenti
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
Prezident Armen Sarkisyanın istefası Ermənistanda siyasi mühiti bir qədər də gərginləşdirib. Onsuz da Nikol Paşinyan hakimiyyətilə bacarmayan və onun əlindən “zəncir gəmirən” Koçaryan-Sarqsyan cütlüyünün rəhbərlik etdiyi müxalif qüvvələr bu istefa qərarından xeyli narazı qalıblar. Belə ki, onlar bununla da artıq Paşinyanın əl-qolunun tamamilə açıldığını və onun prezident postuna istədiyi adamı gətirə biləcəyini bildirirlər.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Serj Sarqsyanın Pespublikaçılar partiyasının sədr müavini Armen Aşotyan artıq indidən Ermənistanın gələcək prezidentini təhqir edib. Xatırladaq ki, hakim partiyanın prezident postuna namizədi hazırkı Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryandır. Bu şəxs əvvəllər Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın yaxın ətrafında olub.
Lakin sonradan Nikol Paşinyanın hakim komandasına qoşulub.
A.Aşotyan isə özünün sosial şəbəkə hesabında gələcək prezidenti satqınlıqda günahlandıraraq, yazıb: “Vaaqn Xaçatryan uzun illər Canqiryan (Məhkəmə Şurasının sədri-red.), Karapetyan (Ermənistanın Ukraynadakı səfiri-red.) və digərləri kimi Levon Ter-Petrosyanın komandasında olsa da, oradan qaçıb. 7 ay əvvəl Ter-Petrosyan onların qaçmasını “siçan qaçışları” adlandırmışdı.”
Ardınca Sarqsyanın müavini V.Xaçatryanı nəzərdə tutaraq, yazıb: “Hörmətli xalq, tezliklə sizin prezidentiniz sıravi satqın siçan olacaq!” O, əlavə edib ki, hakim partiyanın prezidentliyə kimi namizəd irəli sürməsinin heç bir fərqi yoxdur və bu şəxs yalnız Paşinyanın göstərişlərini yerinə yetirəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar