Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
ABŞ prezidenti Co Bayden Şərqi Avropada əlavə hərbi qüvvələrin yerləşdirilməsinə rəsmən icazə verib.
Ovqat.com-un məlumatına görə, xəbəri CNN yayıb.
ABŞ administrasiyası rəsmilərinə istinad edilən xəbərdə bildirilir ki, məlumat bu gün Pentaqon tərəfindən rəsmən elan olunacaq.
Adı açıqlanmayan mənbənin fikrincə, əlavə hissələrin göndərilməsi “Rusiya hərbçilərinin Ukrayna yaxınlığındakı hərəkətləri zamanı özünü təhlükədə hiss edən NATO müttəfiqlərinə dəstək” xarakteri daşıyacaq.
Məlumata görə, Pentaqon minlərlə ABŞ əsgərinin, o cümlədən təxminən 2000-nin Polşaya, bir neçə mininin isə Rumıniya da daxil olmaqla, NATO-nun cənub-şərqindəki ölkələrinə göndəriləcəyini elan edəcək.
“Avropanın şərqinə göndərilməsi nəzərdə tutulan qoşunların bir hissəsi artıq Avropa ərazisindədir, ABŞ-dan gələcək digər hərbi hissə də yüksək döyüş hazırlığı vəziyyətindədir. Eyni zamanda, Amerika qoşunları yerləşdiriləcəkləri Avropa ölkələrinin ərazisində çoxtərəfli əsasda deyil, ikitərəfli əsasda yerli hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət göstərəcək. Çünki NATO-nun NATO-nun çoxmillətli qüvvələr komandanlığı hələ aktivləşməyib”, - CNN-nin məlumatında deyilir.
ABŞ-ın məşhur “The Wall Street Journal” etibarlı mənbələrə istinadən yazır ki, Vaşinqton bu həftə Fort Bragg (Şimali Karolina statı) hərbi hissəsindən Polşa və Almaniyaya 2000 əsgər göndərəcək. Eyni zamanda, əvvəllər Almaniyada yerləşdirilən 1000 hərbi qulluqçu da NATO-nun cənub-şərq cinahına, Rusiyaya mümkün qədər yaxın olan Rumıniyaya köçürüləcək.
Bəlli olduğu kimi, Bayden daha də əvvəl bildirmişdi ki, o, yaxın vaxtlarda Şərqi Avropadakı NATO ölkələrinin ərazisinə əlavə qüvvələr göndərmək niyyətindədir. Pentaqon da bu məlumatı təsdiqləmişdi. Qurumun ötən həftə yaydığı məlumata görə, ABŞ Şərqi Avropaya minlərlə əlavə hərbi qüvvə göndərməyi planlaşdırır. Bu əsgərlərin yüksək döyüş hazırlığı vəziyyətində olduğu bildirilirdi.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbinin verdiyi məlumata görə, Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Şərqi Avropada mümkün dislokasiya üçün yüksək hazırlıq vəziyyətinə gətirilən hərbi birləşmələr arasında ABŞ ordusunun bir neçə hava-desant bölməsi də var.
İndiyədək ABŞ-ın 8500 hərbçisinin NATO-nun 40 000 Çevik Cavab Qüvvələrinin bir hissəsi olması planlaşdırılırdı. Bu qüvvələr çox yüksək hazırlıqlı qoşunlar, döyüş təyyarələri, gəmilər və xüsusi əməliyyat qüvvələrinin birləşmiş tapşırıq qruplarıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar