Xəbər lenti
 
 
Rusiya ən tez çərşənbə axşamı Ukraynanı işğal edə bilər.
 
Ovqat.com xəbər verir ki, İsrailin “Haaretz” qəzeti bu barədə məlumat yayıb.
 
Məlumata görə, Vaşiqton İsrailə bu barədə xəbərdarlıq edib.
 
Xəbərdarlıqdan sonra İsrail hava yolları minlərlə israilliyə təxliyə uçuşları təklif edib.
 
İsrailin “Yedioth Ahranoth” qəzeti də bu məlumatı paylaşıb. Nəşrin iddiasına görə, İsrail Ukraynadakı vətəndaşlarını təxliyə etmək üçün çərşənbə gününə qədər vaxtının olduğunu hesablayıb. Bildirilir ki, İsrailin baş naziri Naftali Bennett müvafiq qurumlardan ən qısa zamanda çox sayda israillinin Ukraynadan çıxarılmasını istəyib.
 
İsrail Xarici İşlər Nazirliyi Ukraynada 15 minə yaxın İsrail vətəndaşının olduğu, onlardan 4500 nəfərinin internetdə təxliyə məlumat formasını doldurduğu bildirib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 389          Tarix: 13-02-2022, 13:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma