Xəbər lenti

 
"Livan Hizbullahının başçısı Həsən Nəsrullah bir müddət öncə Tehrana səfər edib".
 
Ovqat.com-un məlumatına görə, bu barədə "İsrail-12" televiziya kanalı məlumat yayıb.
 
Bildirilir ki, Həsən Nəsrullah təxminən iki ay öncə Beyrutdakı yeraltı gizli iqamətgahından çıxaraq İrana səfər edib. Səfər zamanı Tehran rəhbərliyi onu İranın nüvə təsisatlarına hər hansı bir hücum olarsa, İsrailə hərbi cavab vermək üçün məcbur edib.
 
Sözügedən kanalın məlumatında daha çox təfərrüat, habelə Həsən Nəsrullahın İran İslam Cümhuriyyəti rəhbərliyinə hansı cavabı verməsi ilə bağlı əlavə məlumat verilməyib.
 
Xatırladaq ki, Nəsrullah ötən həftə "əl-Aləm" telekanalına açıqlamasında İsrailin İrana hücum ehtimalını istisna edib, lakin belə bir hücum olacağı halda Hizbullahın mütləq iştirak etməyəcəyini bildirib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 760          Tarix: 18-02-2022, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma