Xəbər lenti

 
 
Bəzi ərəb mənbələri Livan Hizbullahının lideri Həsən Nəsrullahın xəstəlikdən komaya düşdüyünü iddia edirlər.
 
Ovqat.com-un məlumatına görə, Beyrutun cənub ətrafında Nəsrullahı yaxşılaşdırmaq niyyəti ilə xalqa qurban paylanıldığı bildirilir.
 
1960-cı ildə Livanda bir şiə ailəsində anadan olan Həsən Nəsrullah İraqdakı Nəcəf Hövzəsində təhsil alıb və Hizbullah qurularkən bu qrupa qoşulub.
 
16 fevral 1992-ci ildə Abbas Musəvinin vəfatından sonra Nəsrullah “Hizbullah”ın baş katibi vəzifəsinə gətirilib.
 
Nəcəfdə təhsil almasına baxmayaraq, 29 ildir “Hizbullah”a rəhbərlik edən Nəsrullah İranın ali lideri Xameneiyə bağlılığını gizlətmir və Livanı İrandakı Vəlayati Fəqih hakimiyyəti ilə əlaqələndirməyi hədəfləyir.
 
Nəsrullah 2006-cı ildə İsraillə müharibədə böyük nüfuz qazanmış və bütün müsəlman dünyası tərəfində qalib sərkərdə kimi qəbul olunmuşdu. Hətta əks düşərgədə olan Səudiyyə Ərəbistanı belə, həmin vaxt “Hizbullah” liderini mükafatlandırmışdı. Fəqət 2011-ci ildə başlayan Suriyadakı vətəndaş müharibəsi zamanı Əsəd rejimi yanında yer alması səbəbindən İslam dünyasında birmənalı qarşılanmamağa başlanmışdı.
 
Həsən Nəsrullahın bir neçə gün əvvəl ağır xəstələndiyi iddiaları gündəmə gəlmiş, ən yaxın tərəfdarlarından olan müavini Naim Qasım da bunu təsdiqləmişdi. “Hizbullah” liderinin hansı xəstəlikdən əziyyət çəkdiyi bildirilməsə də, onun koronavirusa yoluxması ehtimalı var.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 391          Tarix: 1-06-2021, 08:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma