Xəbər lenti


"Ukraynanın dövlət aparatı nasistlərdən tamamilə təmizlənməlidir».

Ovqat.com
xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş baş naziri Nikolay Azarov  “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Denasifikasiya Bandera ideologiyasının bütün səviyyələrdə məhv edilməsi deməkdir. Amma bu gün Ukraynada Bandera və Şuxeviçin adına küçələr, abidələr var, məşəl yürüşləri keçirilir. Bu, bu ideologiyanın tərəfdarlarını aradan qaldırmaq üçün dövlət aparatının tam lüstrasiya olunmalıdır. Hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin lüstrasiyası vacibdir”
, - Azarov bildirib

Nikolay Azarov bildirib ki, ölkədə nasist ideologiyasını dəstəkləməyən çoxlu sayda insan var. Onun sözlərinə görə, onlar indiki hakimiyyəti əvəz edə bilərlər: «Hətta ölkənin qərbində - Lvov və İvano-Frankivskdə də belə insanlar var. Amma oturub susurlar, təbii ki, qorxurlar».

Qeyd edək ki, bu fikirlər Putin və digər Rusiya yetkililəri tərəfindən də dəfələrlə dilə gətirilib və Ukraynanın işğalının 4 əsas bəhanəsindən birini təşkil edir. Putin Rusiyası işğala bəraət qazandırmaq üçün irəli sürdüyü arqumentlərini zorla Ukrayna xalqına qəbul etdirmək üçün həmin ölkədəki 5-ci kolonunun nümayəndələrini fəallaşdırmaq istəyir, bu xüsus Nikolay Azarovun fikirlərində də açıq-aşkar özünü göstərir. Ukrayna xalqı isə Rusiyanın bu ölkəyə gətirmək istədiyi «bəşəri» ideyaları qəbul etmir və ona qarşı dirənirlər. Verilən məlumatlara görə, rus ordusunun ələ keçirdiyi ərazilərdə sığınacaqlarda qalan ukraynalılar aclıq və səfalət içərisində olmalarına baxmayaraq, işğalçıların onlara humanitar yardım kimi verdiyi qida məhsullarını belə, geri çevirirlər. Bu fakt etnik kimliyindən asılı olmayaraq bütün ukraynalıların rus işğalına qarşı ən güclü dirənişinin ifadəsidir.








Ana səhifəyə qayıt        Baxış: 6 342          Tarix: 5-03-2022, 06:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma