Xəbər lenti

 Ukraynadakı hazırkı hakimiyyət, tezliklə, dəyişəcək.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında Ukraynanın keçmiş baş naziri Nikolay Azarov söyləyib.

“Poroşenko rejiminin ömrünə az qalıb. Tezliklə, dəyişikliklər olacaq. Ukrayna əhalisinin böyük əksəriyyəti hazırkı hakimiyyətdən, onun iqtisadi siyasətindən narazıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Azarov 2014-cü ilin yanvarında vəzifəsindən istefaya göndərilib. İstefasından dərhal sonra isə o, ölkədən qaçıb.

Azarovun adı həm Ukrayna, həm də Qərb ölkələrinin qara siyahısındadır.




Ana səhifəyə qayıt        Baxış: 627          Tarix: 13-07-2017, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma