Xəbər lenti


Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 5 mart 2022-ci il tarixinin yekunlarına dair xülasəsini açıqlayıb.

Ovqat.com
-un məlumatına görə, xülasədə bildirilir: 

 ? «Düşmən Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir, əsas səylərini Kiyev, Xarkov, Nikolayev şəhərlərinin mühasirəyə alınmasına yönəldir.

 ? Belarus aerodromlarından olan təyyarələr Kiyev və Jitomir vilayətlərində hava zərbələrinə cəlb edilib.

 ? Kozelets istiqamətində 100-ə qədər silah və hərbi texnikanın hərəkəti qeydə alınıb.

 ?İşğalçılar Brovari-Borispol avtomobil yoluna yaxınlaşmağa çalışırlar.

 ? Bölmələr Çerniqov və Nijın üzərində hücumu həyata keçirmək üçün inkişaf etdirilir.

 ?Düşmən Lubnı, Poltava və Xarkov istiqamətlərində yenidən hücuma keçəcək.

 ?İşğalçı Kaniv Su Elektrik Stansiyasının bəndini ələ keçirmək niyyətindədir.

 ?Düşmən Dnepr və Zaporojye istiqamətində hücum əməliyyatlarını davam etdirməyə çalışır.

 ?Düşmən Mariupol şəhərini mühasirəyə almaqda davam edir.

 ?Düşmənin üç taktiki batalyonu Nikolayev şəhəri istiqamətində hücum əməliyyatları keçirsə də, xeyli itki verib. Düşmən uğur qazana bilmədi».






Ana səhifəyə qayıt        Baxış: 5 662          Tarix: 6-03-2022, 05:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma