Xəbər lenti
 
 
“Bəli, demək istəyirəm ki, Ukraynada planlaşdırdığımız əməliyyat istədiyimiz tempdə getmir”.
 
Ovqat.com Reuters agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Ali Baş Komandanı, ordu generalı Viktor Zolotov belə deyib.
 
Rus ordusunun işğal əməliyyatında ləngimənin səbəbinə aydınlıq gətirən ordu generalı bu məsələdə Ukraynadakı “faşist elementləri” günahlandırıb. Generalın sözlərinə görə, Ukrayna faşistləri əgər xalq arasında gizlənməsəydi rus ordusu onları rahatlıqla sıradan çıxarar və sürətli şəkildə ölkəni alardı.
 
Viktor Zolotovun familyasına uyğun şəkildə səsləndirdiyi bu qızıl sözlər “O olmasın, bu olsun” filmindəki “Ey kimsən orda, aç qapını” ariyanı xatırladır.


Ana səhifəyə qayıt        Baxış: 5 901          Tarix: 15-03-2022, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma