Xəbər lenti

Son günlər Ermənistanda daxili siyasi vəziyyət kritik həddə çatıb.

Qaynarinfo xəbər verir ki, baş nazir Nikol Paşinyanın Qarabağ ətrafında yaranmış mövcud vəziyyətlə bağlı parlamentdəki bəyanatlarından sonra bir tərəfdən daxili ictimai təzyiqi artıb, digər tərəfdən isə müxalifət hakimiyyət uğrunda mübarizəni "qızışdırıb".

Yaranmış vəziyyətdən yararlanmağa çalışan müxalifətin də daxilində parçalanma var. Ölkəni bu vəziyyətdən çıxarmaq üçün hakimiyyət dəyişikliyinin mütləq olduğunu deyən bir qrup müxalif Qərblə əməkdaşlığın, digər bir qrup Rusiya ilə işləməyin tərəfdarıdır.

Qərbyönümlü müxalifətin son mitinqlərində Paşinyanın siyasi meyit olduğu, hakimiyyətinin sonuna az qaldığı və son günlərini yaşadığı bildirilib.

Rusiyayönümlü müxalifətin siyasi ritorikasında isə vətən, dövlətçilik, övladlarının təhülkəsizliyi və ölkənin gələcəyi ön plana çəkilir, mübarizələrinin mövcud hakimiyyətlə yox, onun himayədarları ilə olduğunu bildirirlər.

Amma bütün hallarda hər iki qütb maksimum dərəcədə keçmişdə olduğu kimi, yenə də "Qarabağ kartı"ndan istifdə etməyə çalışır.

Qərb tərəfdarı olan müxalifət xalqı Azadlıq meydanına toplaşaraq Qarabağdakı məğlubiyyət çarxını dayandırmaq, ermənilərin ayılıb yenidən bir yumruq şəklində birləşməklə, itirdiklərini geri qaytarmaq uğrunda mübarizə aparmağa çağrışlar edir. 

Paşinyan hakimiyyəti üçün bu mürəkkəb dilemma qarşısında dərin cərəyanlı təhlükəsizlik risklərini neytrallaşdırmaq cəhdi ilə yanaşı, paralel olaraq vaxt qazanmaq və manevr etmək çox böyük resurs tələb edir. Bunun üçün Ermənistan hakimiyyətinə bir tərəfdən maksimum sabitlik, digər tərəfdən isə zaman lazımdır.     

Ekspertlərin fikrincə, qütblər arasındakı mübarizənin və qarşıdurmaların qarşısı alınmasa, tezliklə ölkədə gərginlik pik həddə çatacaq.



Ana səhifəyə qayıt        Baxış: 3 173          Tarix: 18-04-2022, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma