Xəbər lenti

 
Avropa İttifaqı (Aİ) Rusiyadan neft idxalının mərhələli şəkildə dayandırılmasını və bir sıra Rusiya banklarının SWIFT sistemindən çıxarılmasını ehtiva edən 6-cı sanksiyalar paketini rəsmən təsdiqləyib.
 
Ovqat.com-un məlumatına görə, Avropa Şurası bu barədə bəyanat yayıb.
 
Bəyanatda deyilir:
 
“Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsi və Belarusun ona verdiyi dəstək, habelə Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi vəhşiliklərə uyğun olaraq, Şura bu gün həm Rusiyanı, həm də Belarusu hədəf alan 6-cı iqtisadi və fərdi sanksiyalar paketinin həyata keçirilməsinə qərar verib”.
 
Yeni paket Rusiya neft idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur. Sənəddə xam neft idxalının dayandırılması üçün verilən möhlət 6 aydan 8 aya çıxarılır və coğrafi mövqeyinə görə Rusiya resurslarından müəyyən asılılıqdan əziyyət çəkən və alternativləri olmayan bəzi Aİ üzvü dövlətlərə boru kəməri ilə xam neft idxalı üçün müvəqqəti istisnalar nəzərdə tutulur. Bundan əlavə, Bolqarıstan və Xorvatiya müvafiq olaraq Rusiyadan dəniz yolu ilə daşınan xam neft, vakuumlu qaz yağı idxalı ilə bağlı müvəqqəti güzəştlərdən faydalanacaq.
 
Brüssel həmçinin daha 3 qurumu, Rusiyanın ən böyük bankı Sberbank, Moskva Kredit Bankı və Rusiya Kənd Təsərrüfatı Bankını SWIFT sistemindən çıxarmaq qərarına gəlib.
 


Ana səhifəyə qayıt        Baxış: 5 079          Tarix: 3-06-2022, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma