Xəbər lenti

 

ABŞ-ın Ukraynaya verdiyi, yaxın günlərdə isə sayını və çeşidini artırmağa çalışdığı HİMARS raket sistemləri həm də ona görə təhlükəlidir ki, onların yerini təsbit etmək və vurmaq çətindir.

Ovqat.com-un məlumatına görə, ABŞ-ın Ukraynaya göndərəcəyi 21 MLRS və HİMARS raket sistemləri yaxın üç həftə ərzində bu ölkədə olacaq.

Bildirilir ki, HİMARS və 21 MLRS raketləri mürəkkəb troyektoriya ilə hərəkət etdiyindən onun hardan atıldığını təsbit etmək müşküldür. “Ukrayna hərbçilərinə göndəriləcək M30 və M31 raketləri müasir taktiki raketlərlə müqayisə olunan mürəkkəb trayektoriya üzrə uçur. Kvazi-ballistik trayektoriya boyunca uçması nəticəsində, bu raketlərin hardan atıldığını yalnız üç əks-batareya radarının məlumatlarını müqayisə etməklə müəyyənləşdirmək mümkündür. Lakin uçuşun başlanğıc nöqtəsinin bu şəkildə təsbit edilməsi üçün aparılan hesablamalar uzun müddət çəkir. Çox güman ki, bu səbəbdən Ukrayna Silahlı Qüvvələri gecə saatlarında belə sistemlərdən istifadə edir, bu da onların hardan atıldığını aşkarlanma şansını minimuma endirir”, - Avia.pro saytının məlumatında belə deyilir.

Hazırda Ukraynanın hərbi arsenalında ən azı 7 ədəd Himars” və MLRS ağır raket sistemləri mövcuddur. Rusiya Müdafiə Nazirliyinin məlumatına inansaq, həmin sistemlərdən ikisi artıq vurulub.

Məlumata görə, ABŞ son yardım paketində Ukraynaya HİMARS rekatatan sistemi ilə yanaşı M30, M31 artilleriya raketləri vermək istəyir. Bu isə Ukrayna artilleriya gücünün mənzilini xeyli dərəcədə uzadılması anlamına gəlir. Belə ki, Ukraynaya verilməsi planlaşdırılan M30, M31 mərmiləri 300 km məsafəni vurmaq qabiliyyətindədir. Onların təhvil verilməsindən sonra Ukraynanın əks-hücum əməliyyatlarına başlaya və Rusiyanın irəliləyişlərini dayandıra biləcəyi təxmin olunur.

Qeyd edək ki, ABŞ Rusiyanın Ukraynada tamamilə məğlub olub geri çəkilməsini də istəmir. Bunun bir səbəbi Rusiyanın konvansional savaşda Ukraynaya məğlub olacağı təqdirdə nüvə silahlarından istifadə etmək və birbaşa Qərb ölkələrini, o cümlədən ABŞ-ı hədəfə almaq ehtimalıdırsa, digər səbəb müharibənin tez bitməsinin Vaşinqtonun geopolitik maraqlarına cavab verməməsidir. ABŞ Ukrayna müharibəsini Rusiyanın həm də iqtisadi və sosial cəhətdən çöküşünə qədər uzatmaqda maraqlıdır. Bu isə uzun illərlə davam edən taqətdən salıcı savaşlarla mümkündür. 

 




Ana səhifəyə qayıt        Baxış: 5 162          Tarix: 10-07-2022, 06:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma