Xəbər lenti

Tbilisidə Azərbaycan-Gürcüstan-Ermənistan XİN başçıları arasında keçirilən görüşdə regional məsələlər müzakirə olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq məmnunluqla qeyd olunub.

Regionda sabitliyin və dinc inkişafın təmin olunması üçün birgə səylərin vacibliyi vurğulanıb. Bu kontekstdə Gürcüstan tərəfi iki ölkənin XİN başçısının Tbilisiyə səfərini alqışlayıb, bölgədə sülh və sabitliyin təşviqinə hazırlığını bir daha ifadə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 363          Tarix: 16-07-2022, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma