![](/templates/Wmediat51/images/vetendash.jpg)
Ukraynanı işıqsız qoymaq Rusiyaya 117.5 milyon dollara başa gəlib. Bunun 91.5 milyonu hədəfə çatmadan göyə sovrulub.
Niyə belə düşünürük? Gəlin, bərabər hesablayaq.
Dünəndən Ukraynanın bir sıra vilayətlərində elektrik problemi yaşanır. Zelenskinin sözlərinə görə, Xarkov və Donetsk vilayətlərində tam, Zaporojye, Dnepropetrovsk və Sumi vilayətlərində isə qismən elektriklər kəsilib. Həmin vilayətlərdən bəzilərində daha sonra elektrik enerjisi bərpa olunub. Məlumata görə, Dnepropetrovsk vilayəti 100%, Xarkovun isə bəzi rayonları elektriklə yenidən təchiz edilib.
Bəs, Rusiya Ukraynanı elektriksiz qoymaq üçün nə qədər pul xərcləyib?
Məlumata görə, Rusiya Ukraynadakı İES-lərə dünən 11 raket atıb. Onlardan 9-u göydə vurulub: 5 ədəd K-h101, 2 ədəd Kalibr raketi. Vurulan digər iki raketin növü isə məlum deyil. Fərz etsək ki, bunlar biri Kh-101 və digəri Kalibr raketləridir, Rusiyanın Ukraynanı işıqsız qoymaq üçün çəkdyi xərci hesablaya bilərik.
Açıq mənbələrə görə, bir X-101 raketinin qiyməti 13 milyon dollar, Kalibr raketi isə 6,5 milyon dollardır.
6 ədəd Kh-101 raketinin qiyməti:
6 x 13 = 72 milyon dollar;
3 ədəd Kalibr raketinin qiyməti:
3 x 6.5 = 19.5 milyon dollar.
Üst-üstə gəlsək:
72 + 19.5 = 91.5 milyon dollar.
Yəni Rusiyanın 91.5 milyon dollarlıq raketi hədəfə çatmadan göyə sovrulub.
Hədəfə dəyən raketlərin isə Kh-101 tipli olduğu bildirilir:
13 x 2 = 26 milyon dollar.
Dünən atılan raketlərin ümumi məbləği:
91.5 + 26 = 117.5 milyon dollar.
Ovqat.com
Paylaş: